Tarixi Araşdırma: Erməni Millətçiliyinin Törətdiyi Soyqırımlar, İnsan İtkiləri və Tarixi Ədalətin Bərpası
Müəllif: ✍️ Seyyid Mübariz Eldar oğlu — («Veteran.az» qəzetinin Şirvan–Salyan regional yazarı, AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri)
27 Sentyabr Anım Günü ərəfəsində xalqımızın əsrlər boyu maruz qaldığı soyqırımları, etnik təmizləmələri və bu tarixi ədalətsizliyə 44 günlük Vətən müharibəsində qoyulan sonu faktual xülasə şəklində təqdim edirik.
1. XX Əsrin Əvvəllərində Törədilən Soyqırımlar (1905–1920)
1905–1907-ci İllər Qırğınları — Daşnak silahlı birləşmələri tərəfindən Bakı, İrəvan, Qarabağ, Zəngəzur, Naxçıvan və Qazaxda 10 mindən çox azərbaycanlı qətlə yetirildi, 200-dən çox kənd dağıdıldı. Qurbanların 60%-dən çoxu (6.000-dən çox) dinc sakinlər — qadın, uşaq və qocalar idi.
1918–1920-ci İllər Soyqırımı — Bakı (Mart 1918): 3 gün ərzində 12 mindən çox dinc sakin (əksəriyyəti qadın, uşaq və qocalar) qətlə yetirildi.
• Şamaxı: 8 minə yaxın dinc sakin məhv edildi (1.653 qadın, 965 uşaq).
• Quba: 16 mindən çox insan öldürüldü (kütləvi məzarlıq tədqiqatları bunu sübut edir).
• İrəvan quberniyası, Zəngəzur və Qarabağ: İrəvanda 211 kənd dağıdıldı, 130 mindən çox azərbaycanlı (70 minə yaxını qadın və uşaq) qətlə yetirildi. Zəngəzurda 115 kənd yerlə-yeksan edildi, 10 mindən çox sakin öldürüldü.
Salyan və Neftçala Faciələri (Aprel–May 1918) — Salyan: Daşnak-bolşevik dəstələri (Lalayan, Tatevosov və b.) şəhəri ağır artilleriyadan atəşə tutdu. 2.000-dən çox dinc sakin qətlə yetirildi, məscid və karvansaralar yandırıldı, Kür çayı ilə qaçan dinc sakinlər gəmilərlə birgə batırıldı.
• Neftçala (Bankə, Həsənabad): Strateji liman və vətəgə zonasında 1.000-dən çox azərbaycanlı şəhid edildi. Qadınlar və körpələr diri-diri su quyularına atıldı.
• Qafqaz İslam Ordusunun Xilaskarlıq Missiyası: Yerli müqavimət dəstələrinin ardınca Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu (İyun–İyul 1918) Salyan və Neftçalanı tam azad edərək Bakının azad edilməsi üçün cənub cəbhəsini təhlükəsizləşdirdi.
2. Deportasiya və Xocalı Soyqırımı
1988–1991-ci İllər Deportasiyası — Ermənistandakı ata-baba torpaqlarından (Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz, Paşalı və s.) 250 minə yakın azərbaycanlı qovuldu.
• Mülki itkilər: 216 nəfər qətlə yetirildi və ya işgəncə ilə öldürüldü (57 qadın, 23 uşaq, 80 qoca). Qalanları şaxtada donaraq, minalara düşərək və ya yollarda həyatını itirdi.
Xocalı Soyqırımı (26 Fevral 1992)
Ermənistan silahlı qüvvələri və 366-cı motatıcı alay tərəfindən törədildi:
• Şəhidlər: 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca).
• Dağılan ailələr: 8 ailə tam məhv edildi, 25 uşaq her iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
• Yaralılar və Əsirlər: 487 nəfər ağır yaralandı (76 uşaq), 1.275 nəfər əsir/girov götürüldü (150 nəfərin taleyi hələ də məlum deyil).
3. Müharibə İtkilərinin Ümumi Statistikası (1988–2020)
1988–2020-ci illəri əhatə edən münaqişə dövründə Birinci Qarabağ müharibəsi, atəşkəs rejimi və 44 günlük Vətən müharibəsi üzrə insan itkilərinin ümumi mənzərəsi aşağıdakı kimidir:
Birinci Qarabağ Müharibəsi (1988–1994) Müharibə dövründə Azərbaycan tərəfi təxminən 18 000 – 20 000 arası şəhid vermişdir. Bu itkilərin 12 000 – 15 000 nəfərini hərbçilər, 4 000-dən çoxunu isə dinc sakinlər təşkil etmişdir. Bundan əlavə, 3 890 azərbaycanlı itkin düşmüşdür ki, onların da 267-si qadın, 71-i uşaq, 326-sı isə ahıl yaşlı insandır.
Ermənistan tərəfindən isə 17 000 – 18 000 hərbçi məhv edilmiş, mülki şəxslər arasında itki 1 000 – 1 200 nəfər təşkil etmişdir.
Atəşkəs Dövrü (1994–2020) Nisbi atəşkəs rejimi dövründə Ermənistan silahlı qüvvələrinin davamlı təxribatları və cəbhə boyu atəşkəsi pozması nəticəsində 1 000-dən çox azərbaycanlı hərbçi və dinc sakin şəhid olmuşdur.
44 Günlük Vətən Müharibəsi (2020) 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 908 hərbi qulluqçusu şəhadət zirvəsinə ucalmışdır. Ermənistanın cəbhə zonasından kənarda yerləşən şəhər və rayonları (Gəncə, Bərdə, Tərtər və s.) raket atəşinə tutması nəticəsində 93 mülki sakin (27 qadın, 12 uşaq) həyatını itirmiş, 416 dinc sakin yaralanmışdır.
Ermənistan tərəfi isə rəsmi olaraq 4 000-dən çox, müstəqil qiymətləndirmələrə görə isə 5 000 – 7 000 arası hərbi canlı qüvvə itirmiş, mülki itkiləri 80-ə yaxın olmuşdur.
Nəticə və Tarixi Ədalət — 1905-ci ildən bəri soydaşlarımıza qarşı törədilən kütləvi qırğınların, Xocalı faciəsinin və etnik təmizləmələrin qisasını Azərbaycan Silahlı Qüvvələri 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində döyüş meydanında aldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz və tarihi ədalət bərpa edildi.
Şəhidlərimizin ruhu şaddır!
(Ardı var)