21.11.2024

Qaçaq Məmmədqasım

(420 bolşevik əsgərini məhv etmişdilər )

Qaçaq Məmmədqasım 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub.

Qaçaq Mənmədqasım xatirələrində yazırdı: «1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlanır. Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular.

Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi.

Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.

Gəncə üsyançıları bütün çətinliklərə baxmayaraq mətinliklə mübarizə aparırdılar. Lakin Gəncədə yaşayan ermənilər şəhər əhalisinə xəyanət etdi. Məhz bu xəyanətin nəticəsində üsyan amansızlıqla yatırıldı.

Sonra Qaçaq Məmmədqasım Irana ordan da Türkiyəyə köçmək məcburiyyətində qalır. Elazığda yaşayan el qəhrəmanı orda da vəfat edir.

Qaçaq Məmmədqasımın nəvəsi Şuay Alpay Türkiyə müdafıə nazirinin müavinidir.

Qeyd. Fotodakı şəxs Qaçaq Məmmədqasımdır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: