03.09.2025

Təbrik: Ələddin Əzizov — 56

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xaçmaz rayon şöbəsinin sədri Əzizov Ələddin Qadir oğlunun doğum günüdür. Avqust ayının 16-da onun 56 yaşı tamam olur.

Ələddin Əzizov 1992-1996-cı illərdə Vətənin müdafiəsində müxtəlif bölgələrdə xidmət edib.

Ələddin Əzizov eyni zamanda, idman sahəsində də böyük nailiyyətlər əldə etmişdir. O, Avropa və Dünya çempionluğu ilə yanaşı bir sıra beynəlxalq turnnirlərdə də ölkəmizi layiqincə təmsil etmişdir. Bu gün Ələddin müəllim Xaçmaz və şimal bölgələrində baş məşqçi kimi Azərbaycan idmanına öz töhfəsini verməkdədir.

Ələddin Əzizov AVMVİB-in Xaçmaz rayon şöbəsinin sədri kimi müharibə veteranlarının, şəhid ailələrinin və qazilərin problemlərinin həllində ictimai fəal kimi daim öndədir. Onun bu fəaliyyəti AVMVİB-nin təsis etdiyi Xatirə medalları və Fəxri fərmanla təltif edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, həmçinin yubilyarın doğmaları, döyüş dostları, iş yoldaşları onu 55 yaşı olması münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür və cansağlığı, həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: