07.09.2026

Şəhidlik zirvəsinə və vəfa yoluna ithaf

Şəhidlərimiz Vətən torpağının müqəddəs bütövlüyü, millətimizin qeyrət və şərəf tacıdır. Onların xatirəsini bir an belə unutmamaq, geridə qoyduqları müqəddəs əmanətləri — şəhid ailələrini hər gün arayıb-aramq, könüllərinə mərhəmət və təsəlli məlhəmi qoymaq Haqqa və vicdana ən ali xidmətdir. Neftçala torpağının dəyərli ilahiyyatçısı, ruhu nurla dolu Mirseymur Ağa hər gün bu mənəvi missiyanı böyük sədaqətlə yerinə yetirir, şəhidlərimizin adını uca tutur və onların ocaqlarını ziyarət edərək el-obaya örnək olur. Bu nurani əmələ və ali vəfadarlığa ithaf olunmuş qəzəlimizi təqdim edirik: Şəhidin namını hər ləhza dildə yad eylər, Mirseymur Ağa o mömin dili abad eylər.

*****

Baş çəkər rəhmət fəza kəsi kimi hər bir ocağa, Şəhidin ailəsin ziyarətilə şad eylər.

****

Vətən uğrunda axan al qanı vəsf eyləyərək, Ruhların mərtəbəsin ərşdə fərihad eylər.

*****

Hər kəlami-şərifi qəlblərə məlhəm kimidir, İlahinin sevgisilə dərdləri bərbad eylər.

*****

Seyyida, yaz bu gühər sözləri O, aşiq üçün, Şəhidin yad eləyən öz ruhunu azad eylər.

Vətən üçün canından keçən ərənlərimizin ruhu şad, onların xatirəsini uca tutan, ailələrinə hər gün dayaq olan Mirseymur Ağa kimi dəyərli ilahiyyatçılarımızın və el ağsaqqallarımızın ömrü bərəkətli olsun! Xüsusi Təşəkkür və Dərin Minnətdarlıq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsi adından və şəxsən öz adımdan MirSeymur ağaya dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk. Tariximizə, milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik ənənələrimizə və veteranlarımıza göstərdiyi yüksək diqqət, mənəvi dəstək və xeyirxah əməllərinə görə MirSeymur ağaya minnətdarıq. Ulu Rəbbimizdən əziz MirSeymur ağaya möhkəm cansağlığı, uzun və bərəkətli ömür, xeyirli işlərində daim müvəffəqiyyətlər diləyirik. Haqq-Taala hər addımını nur, hər əməlini savab eyləsin. Eylədin lütfü-kərəm, qəlbimiz oldu şaddab, MirSeymur ağaya arzu elədik fəzli-savab.

*****

Seyyida, haqqı tərənnüm eləyən insanə, Rəbbim etsin iki dünyada əta izzəti-xab.

Seyyid Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: