Manafov Rahim Məmədəli oğlunun doğum günüdür
01 avqust 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin sədr müavini, peşəkar psixoloq, dəyərli silahdaşımız Manafov Rahim Məmədəli oğlunun doğum günüdür. Bu əlamətdar gün münasibətilə AVMVİB-nin Neftçala rayon şöbəsinin kollektivi adından və şəxsən öz adımdan əziz Rahim müəllimi ürəkdən təbrik edir, Uca Allahdan ona möhkəm cansağlığı, uzun və mənalı ömür, halal ruzi, ailə səadəti, tükənməz mənəvi güc və xeyir-bərəkət dolu həyat arzulayıram. Rahim müəllim uzun illərdir ki, yalnız peşəkar psixoloq kimi deyil, həm də yüksək vətənpərvərlik ruhuna malik ziyalı və vəfa sahibi kimi veteranlarımızın, şəhid ailələrimizin və qazilərimizin yanında olmağı özünə mənəvi borc bilir. O, keçirdiyi görüşlər, səmimi söhbətlər və peşəkar psixoloji dəstəyi ilə müharibənin ağır izlərini qəlbində daşıyan igidlərimizin “müharibə sindromunun” yaratdığı mənəvi yükün azalmasına kömək göstərmiş, onların yenidən həyata inamla qovuşmaları üçün yorulmadan çalışmışdır. Şəhid ailələrinin dərdinə şərik olmaq, onların mənəvi dayağına çevrilmək Rahim müəllimin ən ali insani keyfiyyətlərindəndir. Eyni zamanda, «Salam Olsun Şəhidlərə» adlı silsilə idman yarışlarının təşkilində və keçirilməsində göstərdiyi maddi və mənəvi dəstək, bu müqəddəs layihəyə verdiyi töhfələr hər zaman yüksək qiymətləndirilmişdir.
Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi naminə gördüyü xidmətlər dərin ehtirama layiqdir. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri hörmətli Füzuli Rzaquliyev və AVMVİB sədrinin I müavini hörmətli Vahid Abdurəhmanov da Rahim müəllimi doğum günü münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayır, veteranlara və şəhid ailələrinə göstərdiyi xidmətləri yüksək dəyərləndirir. Uca Allahdan diləyimiz budur ki, Rahim müəllimin ömrü xeyir və bərəkətlə uzun olsun, atdığı hər addım savab yazılan əməllərdən sayılsın.
Rəbbimiz onu Öz mərhəməti ilə qorusun, ailəsinə daim sevinc, ocağına bərəkət, qəlbinə rahatlıq bəxş etsin. Həzrəti Peyğəmbərin (s.ə.s.) buyurduğu kimi: «İnsanların ən xeyirlisi insanlara faydalı olandır.» Rahim müəllim də məhz bu hikmətli kəlamın canlı təcəssümü olaraq insanlara xidmət etməyi öz həyat amalına çevirmişdir. Əziz Rahim müəllim! Qoy yeni yaşınız Sizə yeni uğurlar, yeni sevinclər, sağlamlıq, səadət və Allahın sonsuz lütfünü gətirsin. Rəbbim Sizi hər zaman Öz amanında saxlasın, Vətənimizə, xalqımıza və veteranlarımıza xidmət yolunda gücünüzü, iradənizi və nüfuzunuzu daha da artırsın. Doğum gününüz mübarək olsun! Allah bütün dualarınızı qəbul etsin, ömrünüzü xeyirli əməllərlə zinətləndirsin.
Hörmətlə və dərin ehtiramla,
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu