Təbrik: Namiq Bağışov — 52

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lerik rayon şöbəsinin sədri Bağışov Namiq Sədaqət oğlunun ad günüdür. 16 avqust 1973-cü ildə doğulan Namiq müəllimin bu gün yaşı 52 tamam olur.
Keşməkeşli həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Namiq Bağışov hər zaman sadiq dost, nümunəvi ailə başçısı, fəal ictimaiyyətçi kimi tanınan döyüş yolu keçmiş veteranlarımızdandır. Bu ölkə, bu xalq şəhid və veteranlarımızın sayəsində daim var olacaqdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, iş və döyüş yoldaşları Namiq Bağışovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayır.
AVMVİB-in Mətbuat xidməti
