08.09.2026

Tarixi araşdırma: — ermənilər cənubi qafqaza necə gəldilər və qarabağı nə üçün iddia edirlər?


«Поди прочь — не хочу тебя знать! Ты трус, ты раб, ты армянин!» (“Rədd ol — səni tanımaq istəmirəm! Sən qorxaqsan, sən qulsan, sən ermənisən!”) — A.S. Puşkin, «Tazit» poeması


Kütləvi Köç Və Demoqrafik Saxtakarlıq
XIX əsrin əvvəllərinə qədər Cənubi Qafqazda erməni əhalisi yalnız kiçik ticarət icmaları və monastır ətraflarında məskunlaşmış azlıqdan ibarət idi. Regionun demoqrafik xəritəsinin məqsədli şəkildə dəyişdirilməsi Çar Rusiyasının torpaqlarımızı işğal etməsindən sonra mütəşəkkil dövlət siyasətinə çevrildi:
• Mütəşəkkil Köçün Hüquqi Əsası: 1828-ci il Türkmançay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Edirnə müqaviləsinə əsasən, İrandan 40 mindən çox, Osmanlı imperiyasından isə 84 minə yaxın erməni İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə yerləşdirildi (İ.Şopen, «Erməni vilayətinin tarixi abidəsi», 1852).
• Toponimik Təcavüz: Azərbaycanın tarixi şəhəri olan İrəvanın adı SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 7 oktyabr 1936-cı il qərarı ilə dəyişdirilərək «Yerevan» edildi. Bu tarixə qədər bütün rəsmi xəritə və sənədlərdə şəhər rusca Erivan, azərbaycanca isə İrəvan kimi həkk olunmuşdu.
Çar Rusiyasının Köçürmə Siyasətində 5 Strateji Hədəfi
Rusiya imperiyasının erməniləri Azərbaycan torpaqlarına köçürməkdə əsas geostrateji məqsədləri aşağıdakılardan ibarət idi:

  1. «Xristian Bufer Zonası» Yaratmaq: Qacar və Osmanlı kimi iki böyük müsəlman dövləti ilə sərhəddə Çar hakimiyyətinə sadiq, canlı hərbi-siyasi dayaq formalaşdırmaq.
  2. Demoqrafik Balansı Pozmaq: Ərazinin mütləq əksəriyyətini təşkil edən yerli türk-müsəlman əhalisinin nisbətini azaltmaqla olası azadlıq hərəkatlarının qarşısını almaq.
  3. «Şərq Məsələsi» və Diplomatik Təzyiq: Osmanlı və Qacar dövlətlərinin daxili işlərinə «xristianların hüquqlarını qorumaq» adı altında daimi müdaxilə rıçaqı əldə etmək.
  4. Hərbi-Kəşfiyyat Dəstəyi: Coğrafiyanı bilən erməni icmalarından və kilsə xadimlərindən kəşfiyyat, bələdçilik və təchizat işlərində istifadə etmək.
  5. Qərb Dövlətlərinin Maraqları: Böyük Britaniya və Fransanın Osmanlı imperiyasını daxildən zəiflətmək məqsədilə erməni azlığına «muxtariyyət» vədləri verərək separatizmi alovlandırmaq cəhdləri.
    Təkzibedilməz Faktlar Və İdeoloji Təcavüz

• N. Şavrovun Tarixi Etirafı (1911): Rus tədqiqatçısı və rəsmi şəxsi Nikolay Şavrov yazırdı:
«Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyondan çoxu yerli əhali olmayıb, bizim tərəfimizdən köçürülənlərdir.»
(N.Şavrov, «Yelizavetpol quberniyasında rus işinin yeni təhlükəsi», Sankt-Peterburq, 1911)
• Nifrət İdeologiyası: Dağınıq erməni icmalarını cəmləmək üçün «Böyük Ermənistan» xülyası və «düşmən Türk» obrazı formalaşdırıldı. Bu ideologiya 1905–1907 və 1918–1920-ci illərdə Bakı, İrəvan, Qarabağ, Zəngəzur və Şamaxıda kütləvi qırğınlara yol açdı (A.M.Topçubaşov, «Qafqaz müsəlmanlarının fəlakətləri», 1919; T.Svyatoxovski, «Rusiya və Azərbaycan», 1995).
Qarabağ Iddiasinin Dərində Yatan Səbəbləri
• Geopolitik Mövqe: Qarabağ Qafqazın hərbi, coğrafi və su resursları mərkəzidir. Buraya nəzarət edən qüvvə bütün cənubi Qafqazda strateji üstünlük qazanır (Mirzə Camal Cavanşir, «Qarabağ tarixi», 1847).
• Alban Mədəni İrsinin Mənimsənilməsi: Qarabağdakı qədim xristian abidələri (Gəncəsər, Xudavəng, Amaras) Qafqaz Albaniyasına məxsusdur. 1836-cı ildə Çar I Nikolayın fərmanı ilə Alban Avtokefal Kilsəsi ləğv edilərək Erməni Qriqoryan Kilsəsinə tabe etdirildi, nəticədə alban məbədləri və əlyazmaları saxtalaşdırıldı (Çar I Nikolayın 11 mart 1836-cı il Əsasnaməsi; Z.Bünyadov, «Azərbaycan VII-IX əsrlərdə», 1965).
• Məqsədli İnzibati Bölgü: 1923-cü ildə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması gələcək separatizm üçün ideoloji və hüquqi placdarm rolunu oynadı (O.Altştadt, «Azərbaycan türkləri», 1992).
📜 TƏRİXƏ BAXIŞ QƏZƏLİ
Köçüb gəldi bu torpağa yad ellər, xəyanət eylədi,
Məkan tutduqca bu yurdda fəsadı adət eylədi.


Albanın qədim mülkünü mənimsəyib saxta adla,
Tarixi təhrif edibən xalqa cinayət eylədi.


Haqqın dərgahı adildir, yalan paydar olmaz əsla,
Müzəffər xalqım axır ki, zəfərlə təcəssüm eylədi.


Seyyida, yaz bu həqiqət salnaməsin el bilsin,
Torpaq öz sahibin tapdı, Vətən şanlı qiyam eylədi.

Seyyid Mübariz Eldar oğlu «Veteran.az» qəzetinin Şirvan–Salyan regional yazarı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: