İsmayıllıda veteranlarla görüş keçirilib
06 sentyabr 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup veteranları ilə görüş keçirilib.
Görüş zamanı veteranların qarşılaşdıqları sosial məsələlər dinlənilib, onların təklif və müraciətləri müzakirə olunub. Həmçinin ictimai birliyin qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlərdə veteranların iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı veteranlarla bağlı məsələlərin diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
AVMVİB-in Mətbuat xidməti