03.09.2025

Naxçıvanda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirildi

01 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecində publisist-yazar Jalə Cəfərovanın qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə ithaf etdiyi “Şirin ömür payım Vətənə qurban” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqləlik sükutla yad edimişdir.

Tədbirdə müəllifin yaradıcılığı, əsərin ideya-məzmun xüsusiyyətləri və şəhidlərimizin həyat yolunun gənc nəsil üçün örnək olması barədə ətraflı məlumat verildi. Çıxış edənlər vurğuladılar ki, bu kitab təkcə ədəbiyyat nümunəsi deyil, həm də şəhidlərin qəhrəmanlığını gələcək nəsillərə ötürən mənəvi yaddaşdır.

Təqdimat mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Rövşən İsmayılxanlı da çıxış edərək şəhidlərin xalqımızın tarixindəki misilsiz rolunu xüsusi qeyd etmişdir. O, bu kimi əsərlərin milli kimlik və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirib.

Sonda müəllif Jalə Cəfərova tədbir iştirakçılarına minnətdarlığını ifadə edərək vurğuladı ki, əsərin yazılmasında əsas məqsədi şəhidlərin həyat yolunu və onların əziz xatirəsini cəmiyyətə daha yaxından tanıtmaqdır.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-02-at-09-59-31-1
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: