TƏBRİK: Qurban Qurbanov- 48

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bilasuvar rayon şöbəsinin sədri Qurbanov Qurban Allahverdi oğludur. Sentyabr ayının 8 də onun 48 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Qurbanov Qurban Allahverdi oğlunu doğum günü münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Qurban qoy yaşının üstünə gələn bu yaş da ona sevincdolu illər bəxş etsin, hər yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin,
Qurban Allahverdi oğlu Qurbanov 1975-ci ilin sentyabr ayının 8-də Azərbaycan Respublikasının Bilasuvar rayonunda zəhmətkeş ailədə anadan olub.
1987 — ci ildə Bilasuvar şəhər 4 saylı tam orta məktəbi , 2007 — ci ildə Azərbaycan Dövlət Kooperasiya Universitetini bitirib.
1992 — 1997-ci ilərdə Azərbaycan Ordusunun Pereşkül qəsəbəsində və Döyüş bölgələrində yerləşən hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətə olub. 1997 — 2012 ci İllərdə Bilasuvar rayon Hərbi Komissarlığında ( Səfərbərlik və hərbi xidmətə çağırış şöbəsində) birinci bölmə rəisinin köməkçisi vəzifəsində Dövlətə və xalqa sədaqətlə xidmət edib.
2012 ci ildə «Hərbi Xidmətkecmə Haqqında» Əsasnamənin 156 -cı maddəsinin müvafiq bəndinə əsasən xəstəliyi ilə əlaqədar Silahll Quvvələrə ehtiyata buraxılıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda , Füzuli, Cabrayıl, Kəlbəcər və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir. 1994 -cü ilin fevral ayının 19 Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yarlanıb. 3 qurup əlildir.
Qurban Allahverdi oğlu Qurbanov hal- hazırda » Aztelekom » MMC- in Biləsuvar rayonda Satış meneceri vəzifəsində işləyir. 1997 — ci ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar royon şöbəsinin üzüvdür.2004 — cü ildən etibarən isə «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin Biləsuvar royon şöbəsinin sədridir.
Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb ,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.»Azərbaycan Reslubilkası Silahlı Qüvvələrininin 10 illiyi (`1991 — 2001 )” yubiley medalı ilə,
2.”Azərbaycan Resıubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918 — 2008) yubiley medalı ilə;
3.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi ( 1994 — 2019)” illiyi yubiley medalı ilə;
4.”Müharibə Veteranı» medalı ilə;
5.”Milli ordunun yaranmasının 100 illiyi (1918-2018)” yubiley medalı ilə;
5.”Böyük Zəfər” medali ilə ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN QURBAN
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!






