09.09.2026

Əliyev Andrey Gülbala oğlunun xatirəsi anılıb

Maştağa qəsəbəsində şəhid Əliyev Andrey Gülbala oğlunun anım günü münasibətilə xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində Maştağa qəsəbəsinin ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri və nümayəndələri də anım mərasiminə qatılıblar.

Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Allah şəhidimiz Əliyev Andrey Gülbala oğluna və bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-09-09-at-12-01-05

Whats-App-Image-2026-09-09-at-12-01-05-(1)

Whats-App-Image-2026-09-09-at-12-01-05-(2)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: