Tarixin qanlı səhifəsi və ədalət tərəzisi: 11 Sentyabr həqiqətləri
Hər zaman dönən fələyin çarxı, zamanın zəncirvari həlqələri bəşər tarixinə elə izlər həkk edir ki, onların altındakı gizlinlər illər keçdikcə haqqın və həqiqətin nuru ilə üzə çıxır. Bəşər övladı həyat kitabını səhifələdikcə görür ki, haqsızlıq hər zaman müxtəlif libaslarda, fərqli adlar altında təzahür edib.
2001-ci ilin 11 sentyabrında Birləşmiş Ştatlarda Dünya Ticarət Mərkəzinin (“Ekiz binalar”) və Pentaqonun hədəf alındığı, minlərlə insanın həyatına son qoyan o qlobal hadisə dünya siyasətinin və beynəlxalq təhlükəsizlik arxitekturasının axınını kökündən dəyişdi.
Mən bir savaş görən, qanlı-qadalı atəşin içindən çıxan və ən əsası, ilahi ədaləti dərk edən bir müsəlman olaraq, hər cür terrorun, insanlığa qıyılan hər bir qəddarlığın qətiyyətlə əleyhinəyəm.
Lakin hikmət gözü ilə baxdıqda qəribə və düşündürücü bir manzərə ortaya çıxır: o fəlakətdə həlak olanların mütləq əksəriyyəti sadə işçilər, təmizlikçilər, lift işçiləri idi; nə qədər qəribədir ki, heç bir tanınmış və varlı adama zərər dəymədi. Biz qədərə iman gətirən adamlarıq, lakin düşünməyə bilmərik ki, məgər orada da insanların sinifləndirilməsi — kasıbın ölüb, varlının yaşaması prinsimi işlədi?
“Zülm ilə abad olanın axirət bərbad olar.” Əgər bu, bəşəri cinayətdirsə, nədən özləri dinc əhaliyə hücum edərkən, mülki və dövlət obyektlərini bombalayarkən bu əməllər terror adlandırılmır?
Lakin onların öz ekiz qüllələri silkələnəndə bütün dünyaya car çəkirlər ki, «ay aman, qoymayın, terror oldu!».
Tarix şahiddir ki, güc sahiblərinin tərəzisi hər zaman özlərinə tərəf əyilib.
Gəlin Birləşmiş Ştatların son 126 ildə həyata keçirdiyi hərbi müdaxilələr və qanlı əməliyyatların tarixi icmalına nəzər salaq:
1. Filippin (Filippin-Amerika müharibəsi | 04.02.1899 – 02.07.1902 və sonrakı illər): İspaniya üzərində qələbədən sonra ölkə nəzarətə götürüldü. Yerli üsyançıların yatırılması zamanı ağır bombardmanlar nəticəsində on minlərlə əsgər və aclıqdan, xəstəlikdən həlak olan 200,000-dən 1,000,000-dək dinc sakin qurban verildi.
2. Almaniya (Birinci və İkinci Dünya müharibələri | 1917, 1941): ABŞ aviasiyası Böyük Britaniya ilə birlikdə Berlin, Drezden, Koln kimi şəhərləri kütləvi şəkildə bombaladı. Təkcə Drezden qırğınında 25,000 — 40,000 nəfər dinc sakin həlak oldu.
3. Yaponiya (İkinci Dünya Müharibəsi | 07.12.1941 – 02.09.1945): Şəhərlər illərlə atəşə tutuldu, 6 və 9 avqust 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombaları səbəbindən 200,000-dən çox insan həyatını itirdi, radiasiya nəsillərə bəla oldu.
4. Koreya Müharibəsi (25.06.1950 – 27.07.1953): Şimali Koreya ərazisinə milyonlarla ton ölüm saçan bombalar yağdırıldı; ümumi itkinin 2-3 milyon nəfər olduğu ehtimal edilir.
5. Vyetnam Müharibəsi (1955 – 1975): Vyetnam, Laos və Kambocaya İkinci Dünya müharibəsində atılan ümumi bombadan daha çox — təxminən 7-8 milyon ton bomba atıldı, 2 milyondan çox dinc sakin və hərbçi məhv edildi.
6. İraq (Körfəz Müharibəsi və işğal | 1991, 2003): İraq kütləvi raket zərbələrinə məruz qaldı, Səddam Hüseyn devrildi. 2003-cü il işğalında və sonrakı qarşıdurmalarda 200,000 — 500,000-dən çox dinc sakin həlak oldu.
7. Yuqoslaviya (24.03.1999 – 10.06.1999): NATO qüvvələri Serbiya və Kosovonu (Belqrad daxil olmaqla) 78 gün ərzində bombaladı, təxminən 500 — 2,000 dinc sakin həlak oldu.
8. Əfqanıstan (07.10.2001 – 30.08.2021): 11 sentyabr bəhanəsi ilə başlanan 20 illik «terrorla mübarizə» adı altında 70,000-dən çoxu dinc sakin olmaqla, 150,000-dən çox insan həlak oldu.
9. Liviya (19.03.2011 – 31.10.2011): Müəmmər Qəddafi rejiminə qarşı NATO əməliyyatında Liviya qanadlı raketlərlə atəşə tutuldu, Qəddafi öldürüldü, ölkə xaos və vətəndaş müharibəsinə sürükləndi.
10. Suriya və İraq (2014-dən bu günə): «Inherent Resolve» əməliyyatı çərçivəsində İraq və Suriyada İŞİD bəhanəsi ilə endirilən zərbələr nəticəsində terrorçularla yanaşı yüzlərlə dinc sakin təsadüfi bombardmanların qurbanı oldu.
11. İran (03.01.2020 və sonrakı illər): Bağdad hava limanında PUA zərbəsi ilə general Qasım Süleymani və ətrafındakılar öldürüldü, bölgədə gərginlik daimi xarakter aldı.
12. Venesuela (03.01.2026): Karakas şəhərinə edilən gizli hərbi reyd nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq Nyu-Yorka aparıldı, əməliyyat zamanı mühafizəçilər və dinc sakinlər həlak oldu.
13. Yəmən və Somali (2015 – 2026): Husilərə və «Əl-Şəbab»a qarşı mütəmadi qanadlı raket və dron zərbələri nəticəsində bəzi hallarda dinc sakinlər də həlak oldu.
Həmçinin — Kuba (1961), Dominikan Respublikası (1965), Qrenada (1983) və Panama (1989) kimi ölkələr də bu zəncirin digər halqalarıdır.)
Cahan bağında hər bir gül ki, açlar, qan ilə bəslər,
Fələyin xəncəri hər an birin bağrın dələr, səslər.
******
Seyyida, bu dünyanın nizamı atəş ilə dolmuşsa,
Unutma, ilahi ədalət hər zalımın taxtını yıxar, səslər.
Zamanın gərdişinə baxdıqca bir həqiqət aydın olur: haqq hər zaman üstündür və heç bir zülm cavabsız qalmır.
Vəssəlam!
Seyyid Mübariz Eldar oğlu
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri