12.09.2026

Şəhid Nofəl Əsgərovun xatirəsi Gəncədə anılıb

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) “Dəmir Yolları” şöbəsi tərəfindən Gəncə şəhərində şəhid Nofəl Əsgərovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Gəncə şəhər Şəhidlər xiyabanında keçirilən anım mərasimində AVMVİB-in “Dəmir Yolları” şöbəsinin sədri İlham Əzizov, şöbənin üzvləri, eləcə də şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbir zamanı şəhid Nofəl Əsgərovun məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub. Çıxışlarda şəhidlərimizin Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlığın heç zaman unudulmayacağı vurğulanıb.

AVMVİB-in “Dəmir Yolları” şöbəsinin sədri İlham Əzizov şəhid ailələrinə göstərilən diqqət və ehtiramın hər birimizin mənəvi borcu olduğunu bildirib. Qeyd olunub ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılması və onların döyüş yolunun gələcək nəsillərə çatdırılması daim diqqət mərkəzində olmalıdır.

Allah şəhid Nofəl Əsgərova və bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-09-11-at-15-44-39

Whats-App-Image-2026-09-11-at-15-44-40-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: