FƏDAİ.AZ saytına ermənilərlə Facebook əl-ələ sosial şəbəkə yasağı verib
Fədai.az-ın (Ə-E əvəzləməsi facebook yasağına göredi. Sayta giriş ingiliscə Ə-E əvəzləməsi ilə baş tutur. İnanmayanlar yoxlaya bilərlər. Adımızı öz səhifənizdə sadəcə yazıb paylaşım etməyə çalışın) zaman-zaman erməni xakerlərin hücumuna məruz qalması barədə dəfələrlə məlumatlar vermişdik. Hətta onların etdiyi şikayət mətnlərini də əldə edə bilmişdik. Sayta bir başa hücumlarının qarşısını ala bilsək də dəfələrlə saytın Facebookda yayımını əngəlləməyə nail olublar. Saytın facebook səhifəsində, nəinki özü adını belə paylaşım kimi yazmaq yasaqlanıb.
Etdiyimiz müraciətlərə, o cümlədən gələ: «Эта публикация нарушает наши Нормы сообщества в отношении спама» — xəbərdarlığa görə yoxlanış üçün ünvanladığımız materiallara: «Просим прощения за ошибку. Мы повторно рассмотрели вашу публикацию и убедились, что она не нарушает наши Нормы сообщества»- cavabı alsaq da bütün gün ərzində bu şəbəkədə yayılmış ermənilərə aid materiallar, ölkə prezidentinin Valday çıxışına aid materiallar və veteranların dəstək yazılarının gün ərzində silinməsi davam etdirilib.
Sadəcə saytın adının ingilis dilində şərhə yazılması da qadağan edilib. Facebook bu addımı bizə qarşı dəfələrlə atıb. Saytı qoruma altına aldıqdan sonra saytın paylaşım sistemini iflic etməyə girişdilər.
Problemlə bağlı 1 il öncə də yazmışdıq: «Doğrusu, bu ermənilərinin qətiyyən ağılları yoxdu. Onun -bunun puluyla çıxan saytları qoyub pulsuz, bir-neçə könüllü hesabına çıxan saytın üstünə düşüblər. Bir dəfə tam dağıtdılar və borc xərclə yenidən geriyə dönə bildik. Üstəlik də, ən zəif materialları veririk ki, saytımızı qoruya bilək. Lakin bunlar əl çəkənə oxşamırlar. Biz saytı qoruyandan sonra onlar əsas paylaşım məkanı olan facebookda bizi hədəfə adılar. Demək olar ki, bizim saytı paylaşanları Mark müəllim 3 gün bloklayır. Mənim cəzam bu gün bitib»…
Dəyişən heç nə yoxdur. Gəmiyə minib gəmiçiylə dava eləyəsi deyilik ki? Sdəcə bu Marka Azərbaycan dilində yazanda, cavab verirlər ki, bu dil anlaşılmır. Amma tam erməni hərfləriylə yazılan şikayəti, oxuyur da, hətta erməni kimi başa düşür və bizi də bloklayır. Bəlkə Mark Zuckerberg də ondandı, yəni Haykanuşun biclərindən?
Շատ Վարակված Կայք Ջնջեք, Խնդրում Եմ, Այս Կայքը, Facebook-Ից Մեր Ազգի, Մենք Դնում- Tərcüməsi: Bu çox virusa yoluxmuş saytdır, xahiş edirik bunu silin, bu veb səhifə, bizim millətimizi Facebookda təhqir edir.
Amma əsil oxucularımız bizi elə saytdan oxuyurlar. «Xoruz banlamırdı səhər açılmırdı ki?»
Fedai.az Araşdırma Qrupu