AVMVİB İsmayıllı rayon şöbəsinin üzvləri şəhidimizi yad etmişıər
30 mart 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup veteranı 1994-cü ildə Murov dağı uğrunda gedən döyüşlərdə itkin düşmüş, 2026-cı ilin fevral ayında nəşi tapılaraq İsmayıllı rayonuna gətirilmiş və doğulduğu İstisu kəndində dəfn olunmuş şəhid Feyzullayev Fərmanın 40 mərasimində iştirak etmişdir.
Tədbir çərçivəsində şəhidin məzarı ziyarət olunmuş, həmçinin Qalacıq kəndində yerləşən Şəhidlər bulağına baş çəkilmişdir. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onların şərəfli döyüş yolundan, qəhrəmanlıqlarından və Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs olunmuşdur.
Mərasimdə şəhid Fərman Feyzullayev haqqında xatirələr səsləndirilmiş, onun ruhuna dualar oxunmuşdur. Bildirilmişdir ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, veteranlarımıza və qazilərimizə möhkəm can sağlığı versin.
AVMVİB-in Mətbuat xidməti
.jpg)
.jpg)