21.11.2024

KQB-nin qisası

Nalçik sakini, 1947-cu il təvəllüdlü, milliyyətcə rus olan SOV.İKP üzvü Viktor İvanoviç Belenko. Baş leytenant, 513-cü Hava Hücumundan Müdafiə aviasiya komandirinin müavini, 1976-ci il sentyabrın 6-də «Miq-25» qırıcı təyyarə ilə Yaponiyaya qaçaraq, Amerikadan siyasi sığınacaq istəyib. «ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə verdiyi çox böyük töhfə»sinə görə 1980-ci ildə Amerika vətəndaşlığını alıb. Sovet qırıcı-təyyarəçi Viktor Belenkonun adı 1976-ci ildə bütün dünyaya səs saldı. Viktor o zaman üçün yeni texnologiya olan “Miq-25” təyyarəsiylə Yaponiyaya qaçmağa müvəffəq olub. Moskvada xəyanətə əvvəlcə inanmır. Amma sonra ABŞ prezidenti təyyarəçini ölkə vətəndaşlığı ilə şəxsən təltif edəndə, onu bütün dünyada axtarmağa başladılar. Lakin Belenko həmin vaxt artıq başqa ad və soyad daşıyırdı, yeni ailə qurub, başqa bir işlə məşğul olurdu.

Sentyabrın 6-da səhər «Miq-25» təyarəsinin kabinəsinə oturarkən, Viktor üç dəfə aviatexnikdən təyyarənin bakının 100 faiz dolu olduğunu soruşur. Məsələ burasındadır ki, onun uçuş proqramı üçün bakın yalnız 80 faiz dolu olması kifayət edərdi. Belenko üçün hazırlanmış təyyarədə texniki nasazlıq aşkarlandığından, ona növbətçi hissənin yanacaq bakı həmişə dolu olan ehtiyat təyyarəsi verilmişdi, beləliklə, təsadüfdənmi, yoxsa əvvəlcədən planlaşdırmış plan üzrəmi qaçış üçün ideal vəziyyət yaranır. Təyyarənin Primorski diyarının Sokolovka aeroportundan havaya qalxmasından bir neçə saat sonra, Yaponiya radiosu xəbər verir ki, sovet təyyarəçisi Belenko “Miq-25” qırıcısı ilə Hokkaydo aeroportunda eniş edib. Ardınca isə sensasiyalı məlumat verib: «Belenko ABŞ-dan siyasi sığınacaq istəyib. O, sentyabrın 9-də ABŞ-a aparılıb».

Təyyarə sökülərək, yapon və amerikalı mütəxəssislər tərəfindən ətraflı öyrənildikdən sonra 1976-ci il noyabrın 15-da SSRİ-yə qaytarılıb. Bundan sonra həmin sökülmüş təyyarə hərbi məktəbin birində dərs vəsaiti kimi istifadə olunub.

Təyyarəyə baxış keçirən yapon və amerikalı mütəxəssislər ona yüksək qiymət veriblər. Bu təyyarənin yeganə qüsuru aşağı keyfiyyətli sovet mühərriki olub. Bu mühərriki maksimal sürətlə hətta bir dəfə uçuşdan sonra tam dəyişdirmək lazım gəlirdi. Bu haqa amerikalı həmkarlarına İsrail kəşfiyyatı məlumat vermişdi. Qaçırılan təyyarənin Yaponiyada müayinəsi bunu təsdiq etdi. Füzelyaj elementlərinin qaynağı çox aşağı səviyyədə idi. Belenko həm də amerikalılara bildirib ki, hər uçuşdan sonra mühərriki dəyişməsinlər deyə, pilotlara «Мiq- 25» təyyarəsində yalnız aşağı sürətlə təlim uçuşları keçirmək əmri verilirdi.

Baş vermiş xoşagəlməz insidentdən sonra KQB (DTK) ətraflı araşdırmaya başladı. Onun şəxsiyyətinin hərtərəfli öyrənilməsi məqsədi ilə 116 nəfər qohum və əsgər dindirilib. Sağlamlıq vəziyyəti və ailədə münasibətləri, mənəvi-siyasi keyfiyyətləri haqda məlumatlar toplanır. Lakin bu günə kimi onun hər hansı bir xəyanətkar niyyətləri haqqında məlumat aşkar edilmir. Aviasiya sistemində ciddi təmizləmə işləri aparılır. Hətta bir balaca şübhəli görünən insanlar aviasiya xidmətindən kənarlaşdırılır.

Təyyarənin göyə qalxdığı Çuquyevkidən bütün pilotlar digər qarnizona keçirilir və bir neçə yüksək rütbəli hərbiçilər şəxsən Brejnevin əmri ilə cəzalandırılır. Təbliğat maşının işlədiyi bir zamanda rəsmi bəyanatlarda qaçışın nəticələrinə obyektiv qiymət verilməyib, çünki sifarişli xarakter daşıyıb. Xüsusilə, mənəvi-siyasi cəhətdən dəyən ziyandan başqa, Belenko SSRİ-yə təxminən 2 milyard rubl məbləğində maddi ziyan vurmuşdu. Çünki bütün ölkədə tanınma sisteminin cihazlarının təcili dəyişdirilməsi lazım gəlmişdi.

ABŞ-a köçəndən sonra Belenko, müxtəlif auditoriyalarda dəfələrlə öz qaçmasının səbəbləri barədə ətraflı danışıb. Onun sözlərinə görə, hətta o pilot olmasaydı belə, SSRİ-ni tərk etmək üçün mütləq başqa bir yol tapacaqdı. Əlbəttə ki, ona xəyanət barədə sual verdilər. O cavab verib ki, məxfilik və yalan, dünyada gərginliyin artırılmasına xidmət edir. Qərbə “Мiq-25”i göstərərək, o, sovet rəhbərlərinin paranoyasını azaltdı. Belenko əmin olduğunu bildirib ki, SSRİ və ABŞ arasında birbaşa hərbi münaqişə heç vaxt baş verməyəcək, amma sarsılmaz Sovetlər Birliyi mütləq dağılacaq. Ona görə də o, özünü satqın saymır. Belenko Mərkəzi kəşfiyyat idarəsinin təşkil etdiyi bir neçə əməliyyatda iştirak edib. Onun 1983-cü ilin sentyabrında Uzaq Şərqdə koreyalı sərnişin təyyarəsinin vurulması zamanı sovet təyyarəçilərinin yer ilə maqnitofon yazılarını öyrənən qrupun tərkibində fəaliyyət göstərməsi məlumdur.

SSRİ Ali məhkəməsi hərbi kollegiyasının əmri ilə 1947-ci il təvəllüdlü Viktor İvanoviç Belenko vətənə xəyanətə görə qiyabi olaraq, ən ağır cəzaya — qüllələnməyə məhkum edilib. Belenkonun cinayət işinə, açıldığı və qiyabi olaraq hökm çıxarıldığı vaxtdan 25 il keçdiyinə görə 2001-ci ilin noyabrında xitam verilib. Hər halda, Belenko cəzasız qalmayıb. Onun xəyanətinin cəzası əsrin dörddə birindən çoxunu ona doğma olanlardan xəbərsiz yaşamaq olub və üstəlik, KQB (DTK)-nin tələsini qorxa-qorxa mütəmadi gözləyib.

Qorxduğu KQB-nin qisası isə onu bu yaxın illərdə, 2008-ci ildə haqlayır.

Keçmiş pilotu yapon jurnalisti axtarıb tapır. Təxminən 20 saatlıq müsahibəsində Belenko təsadüfən ağzından qaçırır ki, o iki il əvvəl biznes işləri ilə bağlı Moskvada olub. Bir müddət sonra isə KQB (DTK) varislərinin təşkil etdiyi yol qəzasında faciəvi ölür.

#GizliFAYL

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: