18.10.2025

AVMVİB-dən Bilik Günü münasibətilə təbrik

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 15 sentyabr – Bilik günü münasibətilə təhsil işçilərini, şagird və tələbələri təbrik edib.

Füzuli Rzaquliyev çıxışında vurğulayıb ki, yeni dərs ilinin başlanması ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır:
“Azərbaycan xalqının gələcəyi gənclərin savadlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasından keçir. Müəllimlərimiz bu yolda əvəzsiz xidmət göstərirlər. Təhsil alan bütün şagird və tələbələrə uğurlar arzulayır, onların bilik və bacarıqlarını daim artıraraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanıram.”

AVMVİB sədri, həmçinin, müəllim peşəsinin müqəddəsliyini qeyd edərək, bütün təhsil işçilərinə sağlamlıq, şərəfli fəaliyyətlərində uğurlar, təhsilalanlara isə yeni dərs ilində yüksək nailiyyətlər arzulayıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: