26.04.2024

Ərdoğan Krımla bağlı açıqlama verdi

Cənab Zelenskini ölkəmizdə qəbul etməkdən çox məmnunam. Görüşlərimiz zamanı ikitərəfli münasibətlərimizi ətraflı müzakirə etdik. Güclü bir Türkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

«Krımın ilhaqını tanımamaq barədə prinsipial qərarımızı bir daha təsdiqlədik. Krım tatarı soydaşlarımız üçün mənzil və məscid inşaatı layihələrimiz var. Mənzil layihəsi ilə bağlı ilk konkret addımı atdıq. Yaxın gələcəkdə məscid layihəsində irəliləyiş əldə edəcəyimizi ümid edirik», — deyə bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: