AVMVİB sədri: «Rus hərbçilərin Qarabağı tərk etməsi Ali Baş Komandanımızın polad iradəsinin nəticəsidir»
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Rusiyasnın sülhməramlı missiya çərçivəsində Qarabağda yerləşdirilmiş hərbi kontingentinin Vətənimizi tərk etməsinə münasibət bildirib. AVMVİB sədri www.veteran.az saytına bunları açılqayıb:
«Tarix bizə göstərmişdir ki, Rusiya hələ Türkmənçay müqaviləsi dövründən Azərbaycanda möhkəmlənməyi öz xarici siyasətinin əsas tərkib hissələrindən biri hesab etmişdir. Rus ordusu heç vaxt daxil olduğu coğrafiyanı qan-qadasız tərk etməmişdir. Hal-hazırda Rusiyanın hərbi kontingenti Liviyada, Suriyada, Moldovada, Osetiyada, Abxaziyada, Ukraynada və digər coğrafiyalarda Rusiyanın siyasi maraqları naminə döyüş hazırlığında növbə gözləyir.
Ancaq, budur, Kürəkçay müqaviiləsindən indiyədək tarix boyu Rusiyanın təsiri altından çıxa bilməyən Azərbaycan Ali Baş Komandan İlham Əliyev cənablarının sözün əsil mənasında müdrik siyasəti nəticəsində bu təsir altından birdəfəlik xilas oldu. Bu növbəti bir qələbədir. Bu qələbə Azərbaycan xalqının öz sərkərdəsinə olan inamı nəticəsində baş verdi. Bu qələbə Heydər Əliyev siyasətinin müdrik davam etdiriilməsi sayəsində baş verdi. Bu qələbə tarix boyu parçalanmış Azərbaycanın bütövləşməsinin növbəti xəbərçisidir. Ulu Öndərimiz böyük uzaqgörənliklə demişdi: «Gün gələcək, Azərbaycan bütün dünyaya günəş kimi doğacaq!» Bəli, Zəfər və bu qələbə həmin günəşin ilk nurudur. Böyük Azərbaycan və Azərbaycançılıq idealalrı uğrunda Azərbaycan Vətən Müharibəsi Veteranları olaraq hər zaman Ali Baş Komandan İlham Əliyev cənablarının yanındayıq!».
AVMVİB Mətbuat xidməti