21.11.2024

Hakan Fidan qlobal təhlükədən danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü Qahirədə Qəzza zolağındakı vəziyyətlə bağlı keçirilən sammitdə çıxış edib.

Veteran.az xarici KİV-ə istinadən xəbər verir ki, H.Fidan çıxışı zamanı Yaxın Şərqdəki böhranın qlobal nəticələrinin ola biləcəyini vurğulayıb.

Fidan “Türkiyə atəşkəs tərəfdarıdır” deyib.
 

«Mövcud böhran coğrafi genişlənmə ilə yanaşı, qlobal nəticələrə də səbəb ola bilər. Türkiyə davamlı atəşkəs və uzunmüddətli sülh axtarır. Biz tarixi bir mərhələ ilə qarşı-qarşıyayıq. Türkiyə hesab edir ki, humanitar yardımın start verilməsi və düşmənçiliyin sona çatması ilə sülh prosesi başlaya bilər”, — deyə Fidan çıxışında bildirib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: