27.07.2024

TƏBRİK: Ədalət Şükürov — 57

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Ədalət Şükürovun ad günüdür!

Ədalət müəllim həm müharibə veteranı, həm də ictimai fəaliyyəti ilə əlaqədar şərəfli ömür yolu keçmiş döyüşçülərimizdəndir. O hər zaman Ağsatafa rayon veteranlarının sosial problemlərinin həllində, eyni zamanda rayonda veteran adının uca tutulmasında müstəsna xidmətlər göstərmiş vətənpərvər bir şəxsiyyətdir.

Birinci Qarabağ müharibəsinin ilk günündən 1996-cı ilədək müxtəlif cəbhələrdə döyüşmüşdür. Onun oğulları da atalarının yolu ilə getmiş, hərbçi kimi Vətənin keşiyində dayanmağı özünə şərəfli peşə bilmişlər.

Ədalət Şükürov eyni zamanda Ağstafa rayonu Xətai bələdiyyəsində vergi müfəttişi kimi də fəaliyyət göstərir və rayonda fəal ictimaiyyətçi kimi tanınır.

Ədalət müəllimi doğum günü münasibətilə təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: