21.11.2024

İstefada olan baş zabitimiz vəfat edib

Daxili Qoşunla Komandanlığı, Azərbaycan Vətən Meharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, Daxili Qoşunların hərbi vəzifəliləri,hərbi qulluqçuları,AVMVİB- in fədai.az kollektivi,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Binəqədi rayon şöbəsinin  üzvü, müharibə veteranl istefada olan polkovnik Rəcəbəli Məmmədovun aprel ayının 26- da   vəfatından kədərləndiyini bildirir, məhrumun ailə üzvlərinə  və yaxınlarına dərin hüznlə başsağlığı verir. Məmmədov Rəcəbəli Əli oğlu  02 yanvar 1949-cu ildə  Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda  zəhmətkeş ailədə anadan olub.
O, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd orta məktəbni,Azərbaycan Dövlət Neft — Kimya İnstitutunu, Sankit-Peterburq ( Leniqrad) Dövlət Aqrar Metreologiya və standarlaşdırma Universitetini bitrib. Öz ixtisası üzrə dərin biliklərə və elmi işlərə sahib olduğuna görə o, müvafiq qaydada  elimi dərəcəyə malikidi. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin  Binəqədi rayon şöbəsinin üzvü  istefada olan polkovnik Məmmədov Rəcəbəli Əli oğlu  1968-1970-ci illərdə Sovet ordusunun Minski şəhərində yerləşən rabitə qoşunlarında  müddətli həqiqi hərbi xidmətə olub.
Polkovnik Rəcəbəli Məmmədov 1997-ci ilin aprel ayında  Türkiyə Cümhuriyyətinin Jandarna Komandanın  və Polis Akademiyasını dəvəti ilə, Polis Akademiyasının və Jandarma Qüvvələrinin fəaliyyəti ilə yaxindan tamiş olmaq məqsədilə  Ankara, İstanbul, İzmir (Foce) şəhərlərində işguzar səfərdə olmuşdur.

O, 1972 — 1980 -ci illərdə Ağac emalı mebel fabirikində müvafiq vəzifələrdə, 1980-1992-ci illərdə  isə Xırdalan şəhərində Tikinti-Təmir Quraş-dırma idarəsinin rəisi vəzifəsində işləyib.

Rəcəbli Məmmədov 1993-cü ilin yanvar ayindan- 2004-cü ilin dekabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  ilk Təmir-Tikinti şöbəsinin rəisi,  Daxili Qoşunlar Komandanın müavini-Təmir tikinti idarəsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Polkovnik Rəcəbəli Əli oğlu Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

Müstəqil Azərbay-canın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respub-likasının Konstitusi-yasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamna-mələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

O,  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə iştirak edib.Müharibə Veteranidi.  Rəcəbli Əli oğlu Məmmədov Azərbaycan Respublikasınında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorun-masnda şəhərdə, yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasın-da, fövqaladə vəziyyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsidə , dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .

 İstefada olan polkovnik Rəcəbəli Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanının müvafiq əmrləri əla xidmətlərə görə  “əlacı” döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona mükafat qaydasında vaxtından əvvəl hərbi rütbələr verlib və təşəkkür elan edilib.  

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB)  Binəqədi rayon şöbəsinin üzvü Müharibə Veteranı  

istefada olan polkovnik Rəcəbəli Məmmə-dov Avmvib-nin İdarə heyətinin qərarına əsasən “Müharibə Veteranı”, “AVMVİB-in  25- illiyi”   və “Azərbaycan Ordusunun  100-illiyi  (1918-2018)” xatirə medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquq işlər üzrə müavini polkovnik Salman Musayev

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: