24.04.2024

AVMVİB Gənclərlə iş şöbəsinin müdiri təltif edildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Gənclərlə iş şöbəsinin müdiri Əliyev Həsən Həmid oğlunun 35 yaşının tamam olması münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi təbrik etmişdir.

Qeyd edək ki, Əliyev Həsən Həmid oğlunun fəaliyyəti çoxşaxəlidir. O ixtisasca hüquqşünas olmaqla yanaşı, eyni zamanda publist və YAP Xətai rayon təşkilatının fəalı üzvüdür. Daim ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri ilə bağlı zəruri təşviqat işlərini uğurla həyata keçirmiş, təşkilatın gənc qaziləri və müharibə veteranlarının sosial məsələlərinin həllinə çevik münasibət göstərmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) onun fəaliyyətini təqdir edərək yüksək qiymətləndirmiş və Əliyev Həsən Həmid oğlunu «Böyük Zəfər» xatirə medalı ilə təltif etmişdir.

Əliyev Həsən Həmid oğlunu 35 yaş münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

AVMVİB Mətbuat xidməti

JN5sRs9.md.jpg JN5sAW7.md.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: