30.04.2024

Təbrik: Rauf Hüseynov — 62

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvü və «Fədai» qəzetinin bölgə müxbiri Rauf Hüseynov 62 il öncə Göyçay rayonunun Qaraməryəm kəndində anadan olub. Bu tarixi kənddə oxuyub və daim xalq, millət, Vətən və Bayraq sevdasıyla fərqlənib və bu müqəddəs yolun fədailərindəndir.

Rauf müəllim bölgə veteranlarının və AVMVİB rayon şöbələrinin problemlərinin həllində daim öndə olub, aktivlik nümayiş etdirib və günün istənilən vaxtında öz şəxsi işlərini kənara qoyaraq AVMVİB adına və təşkilatın mənafeyi naminə bu istiqamətdə məsələlərin həllinə çalışıb. Bu fədakarlıq Rauf Hüsenovun bir həyat kredosuna çevrilib.

Hər dəfə o fədakar Vətən fədailərini nəzərdə tutaraq qeyd edir ki, sizlər Vətən uğrunda savaşdığınıza görə, bu gün özümü bu qəbildən olan insanlara borclu sayıram. Rauf müəllim onu da deyir ki, bu addımla da mən öz borcumu ödəməyə çalışıram və mənən rahatlıq tapıram.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ cıxan Rauf Hüseynovu belə bir əlamətdar gün — 62 yaşının tamam olması münasibətiilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və AVMVİB Mətbuat xidmətinin kollektivi adından səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayırıq.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: