14.12.2024

Təbrik: Əliyev Qənbər Abdulla oğlu — 57

Bu gün Əliyev Qənbər Abdulla oğlunun doğum günüdür! Qənbər Əliyev keçmiş döyüşçü kimi həyatın və müharibənin sərt sınağından üzüağ, alnıaçıq çıxmış, dostluq, etibar və mərdliyi ilə seçilmişdir.

Azərbaycan Vətən Muharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Salyan rayon şöbəsinin sədri Əliyev Qənbər Abdulla oğlunu bu əlamətdar gün münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidmətinin kollektivi, ailəsi, dostları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edirlər,

Qənbər müəllim! Qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin və hər yeni iliniz ötən illərdən daha gözəl, istəklərinizə daha uyğun şəkildə sizi xoşbəxt edəcək günlərin bolluğu ilə keçsin.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: