27.07.2024

Allah rəhmət eləsin!

Birinci Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Vaqif Nəsib oğlu Abdullayev 70 yaşında əbədiyyətə qovuşdu.

Vaqif Abdullayev 23 fevral 1953-cü il tarixində Gəncə şəhərində anadan olub. Orta məktəbi elə bu şəhərdə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Biləsuvarda prokuror koməkçisi vəzifəsində çalışıb. Daha sonra Bakı şəhər və Respublika Prokurorluğunda şöbə prokuroru işləyib. 1992-ci ildə, Vətənin dar günlərində, öz istəyi ilə müharibənin qaynar nöqtəsinə – Qazax Qarnizonuna hərbi prokuror vəzifəsinə təyin olunub, bölgədəki döyüşlərdə şəxsən iştirak edib. 2013-cü ilədək ölkənin Hərbi Prokurorluq sistemində çalışıb.

O, 2024-cü il yanvarın 11-də Gəncə şəhərində dünyasını dəyişdi.
Vaqif Abdullayev Vətəninə və dövlətinə sadiq, Azərbaycan uğrunda canından keçməyə hər an hazır olan mərd, igid Vətən Oğlu idi…

Allah rəhmət etsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: