AVMVİB Gənclər şöbəsi gənclər təşkilatlarının şəbəkələşməsi ilə bağlı tədbirdə
25 aprel tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə üzv gənclər təşkilatlarının şəbəkələşməsi və fikir mübadiləsi məqsədi ilə Çay Məclisi keçirilmişdir. Tədbirdə birsıra təşkilatlarla yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) gənclər şöbəsinin müdiri Həsən Əliyevdə iştirak etmişdir.
Görüşün əsas məqsədi gənclər təşkilatlarına yaradılan imkanlar barədə məlumat vermək, üzv təşkilatlar, eləcə də NAYORA ilə onlar arasında əməkdaşlıq təşəbbüslərini artırmaqdan ibarət olmuşdur.
AVMVİB Mətbuat xidməti