Ermənistanın azərbaycanlı, Azərbaycanın erməni xalq artistləri
Karabakhmedia.az saytı maraqlı bir araşdırma yazısı təqdim edib. “Azərbaycan SSR-in xalq artisti” fəxri adı almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edib. Bizdə arqumentin əks tərəfini öyrənmək marağı yarandı. Bəs görəsən Ermənistanda neçə soydaşımıza bu tiytullar verilib. Modern.az saytı isə bu cür araşdırma apardığını görüb onu da sizlərin diqqətinə çatdırmağı özümüzə borc bildik. Hər iki yazını sizlərin diqqətinə çatdırırıq…
Vahid Sovet dövlətinin tərkibində yaşayarkən Azərbaycan və Ermənistan müttəfiq respublikaları əməkdaşlıq etmək məcburiyyətindəydi. Dağlıq Qarabağda separatizmin vüsət almasına qədər iki ölkə sənətkarları qarşılıqlı səfərlər, qastol turları keçirirdilər. Onlar buna görə ədəbi adlar, mükafatlarla təltif olunurdular.
Karabakhmedia.az “Azərbaycan SSR-in xalq artisti” fəxri adı almış erməni mənşəli incəsənət xadimlərinin siyahısını təqdim edir.
Abelyan Ovanes – 1932-ci ildə Azərbaycan SSR xalq artistidir. 1865-ci il noyabrın 4-də Şamaxıda anadan olub. Uzun illər Bakı Erməni teatrında səhnə alıb. 1936-cı il iyulun 1-də Yerevanda vəfatedib.
Qriqoryan Mariya İosifovna – 1935-ci ildən Azərbaycan SSR xalq artistidir. 1894-cü il iyunun 19-da anadan olub. Bakı və Tiflis teatrlarında aktisa kimi çıxış edib.
Papazyan Vaqram Homeroviç — 1935-ci ildə Azərbaycan SSR-in xalq artisti adını alıb. 1888-ci il yanvarın 6-da İstanbul şəhərində anadan olub. Tbilisi, Bakı, İstanbul və Leninqrad (Sankt-Peterburq) şəhərlərindəki teatrlarda aktyor kimi çoxsaylı obrazlar yaradıb. 1968-ci il iyunun 5-də Leninqradda vəfat edib.
Arutunyan Xoren Oqanesoviç – 1943-cü ildə Azərbaycanın xalq artisti adını alıb. 1891-ci ldə anadan olub. Bakı, Yerevan, Tbilisi və Gümrü teatrlarında aktyorluq edib. 1950-ci ildə vəfat edib.
Arzumanyan Arkadi Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1898-ci il mayın 5-də Şuşada anadan olub. Bakı, Tbilisi və Xankəndi teatrlarında aktyorluq edib. 1956-cı ildən Leninakan (Gümrü) teatrında çalışmağa başlayıb. Arkadi Arzumanyan 1985-ci ildə ölüb.
Arzumanyan Artaşes Nikolayeviç – 1954-cü ildə Azərbaycan SSRİ Xalq artisti. 1898-ci il mayın 17-də Şuşada anadan olub. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərib. Repertuarında Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki Salamov obrazı xüsusən məşhur olub. 1985-ci ildə vəfat edib.
Arutunyan Qurgen Mixayloviç – 1955-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. O, 1905-ci il iyunun 22-də Gəncə şəhərində anadan olub. Qurgen Arutunyan 1929-1949-cu illərdəBakı Erməni teatında, 1949-1971-ci illərdə isə Xankəndi Dövlət teatrındakı tamaşalarda aktyorkimi çıxış edib. 1973-cü ildə dünyasını dəyişib.
Koqranyan Mixail Aleksandroviç – 1960-cı ildə Azərbaycan SSR xalq artisti adını alıb. 1907-ci il mayın 16-da Gəncədə anadan olub. Teatr aktyoru və rejissoru kimi Bakı və Xankəndində çalışıb. 1974-cü ildə dünyasını dəyişib.
Osepyan Nina Ovanesovna – 1962-ci ildə Azərbaycan Xalq artisti adına layiq görülüb. O 1913-cü il aprelin 14-də Bakıda anadan olub və uzun illər Xankəndi Dövlər Dram teatrının aktirsası olub. Nina Osepyan 1977-ci il noyabrın 19-da Xankəndində vəfat edib.
Petrosyan Avak Qeqamoviç – 1962-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adı verilib. 1912-ci il martın 29-da Ermənistanın Abovyan rayonun Gəmrəz kəndidə doğulub. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olub. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun “Koroğlu” operasının ən yaxşı ifaçısı iddia edirlər.
Adamov Konstantin Haykoviç – 1972-ci ildə Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR DövlətMükafatının laureatına layiq görülüb. 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Uzun illərboyu Səməd Vurğun adına Azərbaycan Rus Dram Teartrının aparıcı aktyoru olub.
Xaçaturyan Aram İliç – 1973-cü ildə Azərbaycan SSR xalq artisti fəxri mükafatına layiq görülüb. Bəstəkar kimi Aram Xaçaturyan (1903-1978) SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941,1943,1946,1950) olub, Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).
Ovçiyan Beniamin Afanasyeviç – 1973-cü ildə Azərbaycan xalq artisti adını alıb. 1918-ci il noyabrın 28-də anadan olub. Xankəndi Dram Teatrının və bır sıra filmlərin aktyoru olub. 2005-ci ildə vəfat edib.
Qevorkyan Zinavor Simonoviç – 1979-cu ildə Azərbaycan Xalq artisti adını qazanıb. 1920-ci ildə anadan olub. 1937-cildən Xankəndi Dram teatrının aktyoru, 1976-1986-cı illərdə isə teatrın direktoru olub.
Alaverdyan Narui İsaakovna – 1982-ci ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb. 1941-ci ildə Xankəndində anadan olub. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olub. 1978-ci ildən isə “Qarabağ” estrada ansamblının solisti kimi çıxış edib. Hal-hazırda sağdır.
Narek Qriqoryan — tanınmış tarzən və Azərbaycan SSR xalq artistidir. Azərbaycan DövlətFilarmoniyasında çalışıb və sovet dövrünün bir çox aparıcı müğənnilərini müşayiət edib.
Adam Qaribyan – opera müğənnisi və Azərbaycan SSR xalq artistidir. 60-70-ci illərdə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olub. Səhnədə 40-dan artıq obraz yaradıb (Karabakhmedia.az).
İndi də Modern.az saytına istinadən sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edirik.
Ermənistan xalq artistləri
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov — 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adınıqazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.
Zeynəb Xanlarova — 1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adınıqazanıb.
1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb. O, hazırda Azərbaycan Milli Məclisinin deputatıdır.
Sürəyya Sədrəddin qızı Qacar — 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildənAzərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solistiolub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.
Əməkdar artistlər
Yunis Hacı Süleyman oğlu Süleymanov — 1935-ci ildə Ermənistanın əməkdar artisti adınıqazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il — Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Əli Fətullah oğlu Şahbazlı — 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.
Əməkdar rəssam
Cabbar Əli oğlu Quliyev — 1967-ci ildə Ermənistanın əməkdar artisti fəxri adını alıb. O, 1922-ci ildə Zəngibasar mahalında anadan olub. Böyük Vətən müharibəsi zamanı Mehdi Hüseynzadə ilə birlikdə İtaliyada partizan hərəkatında iştirak edib. Müharibədən sonra Cabbar Quliyev İrəvan teatrında rəssam kimi çalışıb və yerli ali təhsil müəssisələrindən birində dərs deyib. 80-ci illərin sonlarında isə Azərbaycan köçməyə məcbur olub. Hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Əməkdar İncəsənət xadimləri
Sabir Ələkbər oğlu Rzayev — 1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O, 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. O 1978-ci il dekabrın 20-də İrəvanda vəfat edib.
Baxşı Həsən oğlu Qələndərli — Ermənistan SSR əməkdar incəsənət xadimi. Tanınmış teatr rejissoru 1903-cü il iyulun 20-də anadan olub. O uzun illər ərzində (1934-1951) Azərbaycanİrəvan teatrının baş rejissoru kimi çalışıb. Daha sonralar isə Naxçıvan Dövlət Musiqili Dram teatrında baş rejissor kimi çalışıb. B. Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvanda vəfatedib. Onun cənazəsi İrəvanda dəfn olunub.
Müqayisəni öz öhdənizə buraxırıq…
Hazırladı: Ə.N. ZƏRDABİ