«BİZ YENİ REALLIQ YARATMIŞIQ, HESABLAŞIN!» — «5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü»

“Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Təkbaşına biz icra edirik”.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib

“Biz yeni reallıq yaratmışıq, hesablaşın! Ancaq nə görürük, orda görüş, burda görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu… Bütün bunların fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqrımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu, fəaliyyət? ”, — deyə Prezident əlavə edib.

“Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq. Bu, bir” —  deyə,Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir”, — Prezident vurğulayıb.

Print / Çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın:
  • 83
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    84
    Поделились