23.10.2024

Təbrik: Niyazi Quliyev — 61

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Məmməd oğlu Quliyevin doğum günüdür. Sentyabr ayının 22-də onun 61 yaşı tamam olur. Həyatında öz dəst-xətti və xüsusi xidmətləri olan, yüкsək peşəкarlığı,dərin zəkası,gözəl nitq qabiliyyəti, sadəliyi, hümanistliyi, vətənpərvərliyi, səmərəli fəaliyyəti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən ömrünün ən məhsuldar dövrünü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində keçirməkdədir.

      Quliyev Niyazi Məmməd oğlu 1963-cü ilin   sentyabr ayının  22-də  Naxçıvan Muxtar Respublikasında zəhmətkeş ailədə dünyaya göz açıb.

1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli  rayonun  Böyükdüz  kənd orta məktəbi,  1995-ci  ildə  Azərbaycan Dövlət Neft və Sənayi institutunu bitrib.

1981-1983-cü illərdə Sovet Ordusunda müddətli  həqiqi hərbi xidmətə olub.

1984-1990-cu illərdə Elektro Term  zavodunda və Bakı  Təmir Tikinti İdarəsində mühəndis və baş  mühəndis vəzifələrində çalışıb.

O, 1991-1993- cü illərdə könülü olaraq  Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə(daşaltı əməliyyatlarda) fəal iştirak edərək,  ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.  Müharibə Veteranıdır. Niyazi Quliyev 44 günlük Vətən müharibəsi günlərində daimi öndə hərbi qulluqcularmızın  yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.

Niyazi Quliyev 2004-cü ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində Mərkəzi Nəzarət -Təftiş Komissiyasının sədri vəzifəsini  layiqincə yerinə yetirir.

İş və döyüşcü yoldaşları və onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş bir insan kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, çalışdığı mühitdə,    istərsə də  dost-tanış , qohum-əqraba, müharibə veteranları arasında özünə böyük hörmət qazanıb.

Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna  görə Azərbaycan Ordusunun Baş Qəqargah rəisinin,  xidmət etdiyi  korpus və hərbi hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədrinin  müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, Respublikada əmin-amanlığın təmin edilməsində, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyində Mərkəzi Nəzarə-Təftiş komissiyasının sədri vəzifəsini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

1. “Böyük Zəfər “ medalı ilə;

 2. “Müharibə Veteranı “ medalı ilə;

 3. “Azərbaycan Veteranlar İctimai Birliyin 25 illiyi ( 1994-2019)”  yubiley medalı ilə;

4. ”Nilli ordunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə.

Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, müharibə veteranı Quliyev Niyazi Məmməd oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidməti, o cümlədən Fədai.az və Veteran.az kollektivi, doğmaları, əzizləri və döyüş yaldaşları təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edib deyirlər, Niyazi müəllim qoy yaşının üstə gələn bu yaş da sənə sevincdolu illər  bəxş etsin və hər  yeni günün isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

AVMVİB Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: