Maştağada 27 Sentyabr — Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
27 Sentyabr -Anım Günü münasibətiylə Sabunçu rayonunun Məştağa qəsəbəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 27 Sentyabr ölkəmizdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, rayonun hüquq-mühafizə və digər dövlət qurumlarının nümayəndələri, Maştağa bələdiyyəsinin təmsilçiləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, qəsəbə ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Adil müəllim çıxışında Ulu Öndərin davamçısı, cənab İlham Əliyevin sosial siyasətini yüksək qiymətləndirmiş, qazilərimizin və şəhidlərimizin qəhrəmanlıqlarından bəhs etmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Maştağa özəyinin sədri və təşkilatın üzvləri də anım mərasimində iştirak edərək şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.
Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini yad edib, şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Tədbir zamanı Vətən uğrunda həyatını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin daim yaşadılmasının, onların keçdiyi şərəfli döyüş yolunun gələcək nəsillərə çatdırılmasının mənəvi borc olduğu vurğulanıb.
.jpg)
.jpg)