Yardımlıda şəhid Sadiq Feyziyevin xatirəsi yad edilib
Yardımlı rayonunun Zevin kəndində şəhid Feyziyev Sadiq Tahir oğlunun şəhadətə qovuşduğu gün münasibətilə əziz xatirəsi yad edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsinin nümayəndələri Hacı Namiqlə birlikdə şəhidin ata evində yaradılmış ev muzeyini ziyarət ediblər.
Ziyarət zamanı şəhid Sadiq Feyziyevə məxsus xatirə əşyaları, fotoşəkillər və onun həyat və döyüş yolunu əks etdirən materiallarla tanış olunub. Şəhidin keçdiyi şərəfli ömür və döyüş yolu ehtiramla xatırlanıb, ruhuna dualar oxunub.
Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlıq yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
AVMVİB-in Mətbuat xidməti