Rusiya elitası bölündü: Lavrov-Şoyqu qarşıdurması — Video
Liviyada Xəlifə Haftara dəstək məsələsində Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Müdafiə naziri Sergey Şoyqu arasında fikir ayrılığı yaranıb.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer iddia edib.
O bildirib edib ki, Liviyada vəziyyət olduqca qarışıqdır:
“Moskvada müxtəlif qurumların bu məsələyə fərqli baxışı var. Müdafiə Nazirliyi Haftarı dəstəkləsə də, Kreml və Xarici İşlər Nazirliyi bunun tam əksini edir. Bu fikir ayrılığı yanvarda Moskvada Liviya hökumətinin rəhbəri Fayez Sərracın da qatıldığı, ancaq Haftarın anlaşmanı imzalamadan tərk etdiyi iclasda yarandı. Həmin vaxt Rusiya Müdafiə Nazirliyi Haftarı dəstəklədi, Xarici İşlər Nazirliyi isə danladı”.