Adına torpaq sahəsi olduğu üçün 190 manatı ala bilməyənlərə aid xəbər var
Xəbər verdiyimiz kimi Azərbaycanda işsiz vətəndaşlara birdəfəlik olaraq 190 manat ödənilir.
Bu məbləğ yalnız işsizlərə şamil olunur.Məlum məsələdir ki, adına torpaq sahəsi olan şəxslər bu pulu ala bilmirdi. Azərbaycan Dövləti bunu nəzərə alaraq həmin şəxslərə də dəstək proqramı hazırlayıb. Vətəndaşın torpaq sahəsi olsa da,onu əkib-becərmək üçün maddi yardım tələb olunurdu.
Oxu24.com xəbər verir ki,ölkə Prezidnti İlham Əliyev «Aqrar Sahənin Maliyyələşdirilməsinin Stimullaşdırılması» ilə əlaqədar imzaladığı fərmanla fermerlərin işini asanlaşdırıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Prezidentin fərmanından sonra fermerlərə girovsuz kreditlər veriləcək.
Onun sözlərinə görə,bu imkandan fermerlərin 80 faizi istifadə edə biləcək. Bununla bağlı 60 milyonluq kredit portfeli var.
Burada fermerlərə güzəştlər də tətbiq olunur. Faiz dərəcələri maksimim 12 faizə qədər ola bilər.
Fermerlər bu imkandan istifadə etməklə torpaqlarını becərə biləcək.
Ətraflı video materialı təqdim edirik: