03.09.2026

AVMVİB-in Yardımlı rayon şöbəsi aztəminatlı ailələrin övladlarına məktəbli formaları təqdim edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailələrin, eləcə də müharibə veteranlarının övladlarına məktəbli formalarının verilməsi istiqamətində həyata keçirilən xeyriyyə aksiyası davam etdirilir.

Növbəti yardım Yardımlı rayonunun Gavran kəndində həyata keçirilib. Gavran kənd məktəbinin direktoru Zaur müəllimin müraciəti əsasında AVMVİB-in Yardımlı rayon şöbəsinin nümayəndələri məktəbdə olub, ehtiyacı olan ailələrin övladları üçün məktəbli formaları təqdim ediblər.

AVMVİB-in Yardımlı rayon şöbəsinin sədri bildirib ki, bu xeyriyyə təşəbbüsləri AVMVİB sədri Füzuli Rzaquliyevin və Hacı Vahidin tövsiyələri əsasında, xeyirxah insanların dəstəyi ilə həyata keçirilir. Yardım alan uşaqların foto və görüntülərinin ictimailəşdirilməməsinə xüsusi diqqət yetirilir.

Aksiyanın həyata keçirilməsinə yaxından dəstək göstərən Hacı Azada, Faiq Əliyevə, eləcə də bu xeyirxah təşəbbüsə töhfə verən hər kəsə minnətdarlıq ifadə olunub.

Bildirilib ki, məktəblilərə dəstək marafonu bundan sonra da davam etdiriləcək. Yardımlı rayonunun təhsil ictimaiyyəti və imkanlı şəxslər də bu xeyirxah təşəbbüsə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, göstərilən hər bir dəstək daha çox ailəyə və uşağa yardım etməyə imkan yaradır.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: