13.09.2026

Şəhid Elnur Səmədovun xatirəsi ehtiramla anılıb

13 sentyabr 2026-cı il tarixində şəhid Elnur Səmədovun anım mərasimi keçirilib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İsmayıllı rayon şöbəsinin bir qrup üzvü də mərasimdə iştirak edib.

Anım mərasiminə şəhid ailələrinin üzvləri, yerli icra nümayəndələri, məktəblilər, şəhidin doğmaları, dostları və qonşuları qatılıblar.

Mərasim zamanı Elnur Səmədovun əziz xatirəsi ehtiramla yad edilib, onunla bağlı xatirələr bölüşülüb. Çıxış edənlər şəhidin həyat və döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.

Sonda şəhid Elnur Səmədovun və bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Allah şəhidimizə və bütün şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-09-13-at-14-21-11

Whats-App-Image-2026-09-13-at-14-21-11-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: