AVMVİB-in Yardımlı rayon şöbəsi xeyriyyə aksiyalarını davam etdirir
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yardımlı rayon şöbəsi aztəminatlı və imkansız ailələrə, eləcə də sosial dəstəyə ehtiyacı olan müharibə veteranlarının övladlarına yardım aksiyasını davam etdirir. Növbəti xeyriyyə təşəbbüsü çərçivəsində bir ailənin 3 övladına məktəbli forması təqdim olunub.
AVMVİB-in Yardımlı rayon şöbəsinin aztəminatlı ailələrin və veteran övladlarının məktəbli forması ilə təmin olunması məqsədilə keçirdiyi xeyriyyə marafonu çərçivəsində daha 5 uşaq sevindirilib. Şöbə tərəfindən xeyirxah və imkanlı şəxslərə müraciət edilərək marafona dəstək göstərmələri və daha çox ailəyə yardım edilməsinə töhfə vermələri xahiş olunub.
AVMVİB-in Yardımlı rayon şöbəsi bildirir ki, xeyriyyə marafonu bundan sonra da imkan daxilində davam etdiriləcək. Məqsəd yeni tədris ili ərəfəsində sosial qayğıya ehtiyacı olan ailələrin övladlarına dəstək olmaq və onların məktəbə hazırlığına kömək göstərməkdir.
AVMVİB-in Mətbuat xidməti