21.11.2024

Azərbaycan Respublikası adından qərar: «Şəhid ailəsinin çıxarışlı torpağı əlindən alınsın!»

Mən bunu başlıq xatirinə yazmadım. Bu Məhkləmə adına, ədalət adına, millət adına, şəhid adına bir utancdır. Sənədlərlə tanış olduqdan sonra ağlımdan bircə fikir keçdi: «Bu qədər də olmaz!!!»

Bizim dövləti bunca aşağılamaq, bu uca adı bunca ucuz tutmaq olmaz.

Şəhid ailəsi Sadıqova Kifayət Əli qızının həyat yoldaşı polis leytenantı Sadıqov Nurəddin Oruc oğlu Ağdam rayonu Gülablı kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Nurəddin Sadıqov Tovuz rayonu Alakol kəndinin ilk şəhidi olması, həm kənd sakinləri, o cümlədən kəndin icra orqanları tərəfindən daim ehtiramla qarşılanıb. Kənd məktəbinə şəhidin adı verilmiş və onun ailəsinə 0,38 ha əkin üçün kənd təsərrüfatı təyinatlı torpaq verilib. Torpaq tam paket sənədləşdirilib. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (J-373, kod-50303018), Dövlət reyesterindən Çıxarış (seriya RX-0606101) və digər bütün sənədlər şəhidin oğlu Rəşad Sadıqovun adına özəlləşdirilib. Lakin ən savadsız adam belə bu sənədlərin qarşısında geri çəkilməli olduğunu dərhal anlasa da Tovuz rayon Məhkəməsinin hakimi Ədil Məmmədov necə olubsa bütün bu nüansları görə bilməyib. 

Görməsi bir yana, hələ üstəlik, «Haça qaya- 1» adlı kiçik müəssisənin xeyrinə Azərbaycan Respublikası adından qərar çıxarıb. Özü də Vətənin dar günündə Rusiyada sığıncaq tapmış birinin sözlərini natorial qaydada təsdiqlənmiş bir «qanun» kimi əsas götürən hakimlərimiz, necə şövqlə qərar çıxarıblarsa 1996-cı ildə kolxoz və sovxoz mülkiyyətində olan torpaqların ölkədə kimlərinsə mülkiyyətinə verilməsinin mümkün olmaması faktının saxtalığını belə görə bilməmişər. Beləcə bir nəfərin «sözünü» sənədə tikib qərar çıxarmışlar. Özü də Azərbaycan Respublikası adından…

Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsiında» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDAN da xəbərsizdilər.

Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsi

Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.

Bu Respublika Qanunu ilə yanaşı, ölkə prezidentinin göstəriş və tapşırıqlarını görməzdən gələn hakimlər ciddi bir qanunsuzluğa imza atıblar. «Haça-Qaya-1» kiçik müəssisəsinin nümayəndəsinin (!!!) vəkili Abbasov Mətləb Zahid oğlunun adından şəhid ailəsinin mülkünü zorakı yolla zəbt etməkləri azmış kimi, özlərinə ədalət adına havadar taparaq şəhid övladına iddia irəli sürür. Necə deyərlər, «adımı sənə qoyum, səni də yana-yana qoyum» buna deyiblər. Əgər Yer üzündə ədalət məvhumu varsa, şəhid ailəsinə verilmiş Çıxarışı deyil, saxtalığı aydınca görünən 08 noyabr 1996-cı il tarixli 580 nömrəlisərəncam ekspertizaya göndərilməli idi. Bu gün də özü Rusiyaya «vətəndaşlıq edən» həmin əsassız iddianı pulla əldə etmək istəyən Eldar Sadıqov kimiləri özlərinə həmcins və həmfikir tapmasaydı, şəhidimizə dil uzadaraq «vuruşub ölməyəydi, neyləyim ki, şəhid olub» kimi sərsəm fikirlər işlədə bilməzdi. Deyəsən bu adam Rusiyada ermənilərlə çox şərab istemal edib ki, şəhid adı ona belə ucuz görünür? Bu adamın ciddi surətdə araşdırılmasına başlamışıq və yaxın günlərdə daha ciddi məlumatlarla hüzurunuzdayıq.

Bəli, Tovuz məhkəməsini quyuya atdığı daşı çıxarmaq əvəzinə, Gəncə İnzibati -İqtisadi Məhkəməsinin hakimi Rəşad Mamedov quyuya daha bir daş atıb onu «cütləşdirir». Tovuz rayonu kimi qəhrəman bir bölgəmizdə şəhid ailəsinə qarşı belə çirkin bir oyuna qol qoyan «Haça-Qaya-1» kiçik müəssisəsinin mövsümü sahibini şəhid ailəsinin yerini zəbt etməyə görə həbs etməli orqanlar dərhal hərəkətə keçməlidirlər. Hərbi mükəllifiyyətdən yayınaraq Rusiyada gizlənən birisinin bu gün şəhid ailəsinə «gedib şəhid olmayaydı» kimi özünə bənzər hədyanlar danışması da cəzasız qalmamalıdır. Üstəlik, şəhid bir polis zabitidir. O, millətin və dövlətin uğrunda canından keçib. Bu gün 64 minlik Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından şəhid ailələrinə daim qayğı ilə yanaşan hörmətli Daxili İşlər naziri cənab R. Usubova və Azərbaycan Respublikasının Baş Prokroru cənab Z. Qaralova müraciət edirik. Şəhid ailəsinin çıxarışlı torpağını illərdir zəbt etmiş bu adam barəsində ciddi ölçü götürülməlidir. Belə presedentlər düşmən dəyirmanına su tökməkdir. Şəhidin uca adı belə işbazlarla yanaşı hallanmamalıdır.

Üzümüzü Ali Məhkəməyə və aidiyyatlı orqanlara tuturuq. Bu ayıbı örtün. Onsuz da məsuliyyətsiz adamların sayəsində dünyada dövlətimizin imici ayaqlar altına atılır. Bu günədək şəhid ailəsinin şikayət ərizələrinə göz yetirməyən orqanlar məhkəmə prosesinin guya ədalətinə inanırmışlar kimi cavablar veriblər. Ay adamlar, bu adam ədaləti Femida tərəzisində Gədəbəy kartofu kimi çəkən məhkəmə hakimlərindən şikayətçidir. Siz hansı məhkəmədən ədalət gözləməyi məsləhət bilirsiniz? Heç olmasa onu yazın. Şəhid övladının faktiki olaraq dövlət aktlı və çıxarışlı yerini zəbt edən bir «Sezonşik» həbs edilmək əvəzinə, şəhidin oğlundan torpaq tələb edir və hakim də qanuni sənədləri bir tərəfə ataraq «sezonşikin» sözünü Azərbaycan Dövlətinin adından verilmiş sənədərdən üstün hesab edərək «İş Qovluğuna» tikir. Bu söz və yaxud əsası olmayan sərəncam çıxarışdan və yaxud Dövlət aktından nə vaxtdan üstün sənəd sayılıb?

Üzümü 64 minlik veteranlar ordusu adından o «Ruset cayılına» tuturuq, «ağlı olan və özünü idarə etməyə qabil hissiyyatı oan adam şəhid ailəsinin haqqına girməz»-deyirik. Girmək istəyirsənsə, buyur, gir görək necə girirsən?

Ən son ümüd edirik ki, Ali Məhkəmə bu biabırçılığa son qoyaraq günahkarları cəzalandıracaq və bu işdə şübhəli məqamların araşdırılmasına göstəriş verəcək. Hər halda biz ümid edirik və sadəcə inanmaq istəyirik…

Mövzuya qayıdacağıq…

Veteran.az Araşdırma Qrupu

Mövzuya aid digər fotolar

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: