AVMVİB kollektivi Silahlı Qüvvələrin yaradılmasının 108-ci ildönümünü qeyd edib
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən anım və ehtiram tədbirləri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə tər güllər qoyub və ruhlarına dualar oxuyub.
Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və kollektivi ilə yanaşı, ölkədə fəaliyyət göstərən digər hərbi-vətənpərvərlik yönümlü ictimai təşkilatların nümayəndələri, müharibə veteranları, qazilər və ehtiyatda olan hərbi qulluqçular da iştirak ediblər.
AVMVİB-in Mətbuat xidməti


.jpg)
.jpg)
.jpg)
.jpg)