03.10.2026

Yardımlıda şəhid Elmir Məmiyevin şəhadət günü qeyd edilib

3 oktyabr 2026-cı il tarixində Yardımlı rayonunun Kürəkçi kəndində şəhid Məmiyev Elmir Zamin oğlunun şəhadətə qovuşduğu gün münasibətilə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət ediblər. Məzarın üzərinə gül dəstələri düzülüb, şəhidin ruhuna dualar oxunub. Çıxışlar zamanı Elmir Məmiyevin keçdiyi həyat yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs edilib.

Daha sonra şəhidin ata ocağında ehsan süfrəsi açılıb və mərasim iştirakçılarına ehsan verilib.

Şəhidlərimizin xatirəsini yad etməyin, onların keçdiyi şərəfli yolu yaşatmağın hər birimizin mənəvi borcu olduğu vurğulanıb.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: