28.03.2026

Mərhum patriaxın İnquş oğlu və qeyri-adi dostluğun hekayəsi

Hadisə 1920-ci əsrin əvvəllərində baş verir. Hazırkı Gürcüstan Patriarxı II İliyanın (dünyəvi adı İrakli Şiolashvili) atası Georgi Şiolaşvili ailəsi ilə birlikdə İnquşetiyanın Sunja şəhərində yaşayırdı. Onlar şəhərin çörəkxana şəbəkəsinin sahibkarı idilər. Onların həmin şəhərdə yaşayan inquş ailəsi olan Şadıjevlarla çox yaxın, dostluq münasibətləri var idi.

Georgi Şiolaşvili və qayınatası (patriaxın babası)iş məqsədi ilə Dağıstana səfər edərkən yerli quldurlar tərəfindən girov götürülürlər. O dövrdə bu cür qaçırılmalar fidyə almaq məqsədilə tez-tez baş verirdi.

Georgi quldurları razı salır ki, yaşlı qayınatasını buraxsınlar, o isə fidyə gətirmək üçün Sunjaya gedəcək. Georgi qayıdacağına söz verir (Qafqazda söz vermək böyük məsuliyyətdir).

Georgi geri qayıdanda inquş dostu Maqomed Şadıjev bunu öyrənir. Maqomed deyir: «Sən fidyəni verməyəcəksən, mən özüm onu gedib gətirəcəm.» Maqomed silahlanaraq Dağıstana gedir, quldurların olduğu yeri tapır, danışıq aparır və qocanı heç bir fidyə ödənilmədən azad edir.

Daha sonra isə qanlı 1944-cü il gəlir. Bütün inquşlar Qafqazdan Qazaxıstanın çöllərinə sürgün olunur. Və bu iki ailənin talehləri bir-birindən ayrılır. Şadıjevlər Qazaxıstana, Şiolaşvililər isə Gürcüstana köçür.

Gələcək patriarx II İliya uşaqlığından bu hekayəni atasından eşidərək böyüyür. O, patriarx olandan sonra da atasına edilən bu yaxşılığı heç vaxt unutmur.

Patriarx uzun illər Şadıjevlar ailəsini axtarır. Nəhayət, İnquşetiyanın birinci prezidenti Ruslan Auşev Gürcüstana səfər edəndə II İliya ondan bu ailə haqda məlumat almağa çalışır. Patriarx ondan Şadıyevlər ailəsi barədə soruşur və onların vasitəsilə yaxınlarının xilas edilməsinə görə minnətdarlıq əlaməti olaraq təşəkkür məktubu və qızıl üzük göndərir. Auşevin sözlərinə görə, o, bu ailəni yaxşı tanıyırdı — onlar uzaq qohum idilər.

İllər keçir. 2012-ci ildə Şadıjevlərdən Amin Məkkə ziyarətindən vətənə qayıdan zaman, təsadüf nəticəsində yaxud özünün dediyi kimi, taleyin hökmü ilə birbaşa evinə uça bildiyi halda, Tbilisidə dayanacaq edir. Sunjada yaşayan atasın yaşlı əmisi telefon danışığı zamanı ona bütün əhvalatı danışır. Patriarxın məktubunun surətini ona göndərərək deyir: » Bunu ona apar və onunla əlaqə yaratmağa çalış».

O zaman Aminin Gürcüstan Patriarxının kim olduğu haqqında çox dumanlı təsəvvürü var idi. O Tbilisidə iqamətgahı tapdı və mühafizəçidən Patriarxı çağırmasını xahiş etdi, — deyə nəql edir..

— Bizdə olduğu kimi hərəkət etdim: həyətə daxil olub ev sahibini çağırdım, elə bilirdim ki, o, adi bir din xadimidir. Mühafizəçi mənə heyrətlə baxırdı. Mühafizə rəisini çağırdılar, sənədləri yoxladılar, nömrəmi qeyd etdilər və nəzakətlə yola saldılar: Patriarx burada deyil və sizi heç kəs dəvət etməyib.

Mən qəzəbli halda çıxıb getdim — bu necə qonaqpərvərlikdir belə dedim. Elə həmin gün Tbilisidən ayrıldım. Bir həftə sonra, cümə günü Amin namaza hazırlaşarkən xarici nömrədən zəng gəlir.

— Tanımadığım bir kişi salam verdi və özünü təqdim etdi: «Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya». Gəlişimdən xəbərdar olduğunu izah etdi, — deyə Amin xatırlayır, — lakin həmin gün rəsmi səfərlə Türkiyədə olduğunu bildirdi və üzr istədi. O, bir neçə dəfə üzrxahlıq etdi, mən isə utandım. Dedim ki, məndən bu qədər üzr istəməyinizə dəyməz. Sonra sorğu-suala başladı — valideynlərimin adı nədir, neçə bacı-qardaşıq, nə işlə məşğul oluruq… Belə bir hiss var idi ki, sanki çoxdan getmiş bir qohum evə qayıdıb və onsuz necə yaşadıqlarını bilmək istəyir. Sonda soruşdu: «Amin, yenidən gələ bilərsinizmi?»

Təkrar getdim. Mühafizəçilər məni rəsmi qəbul otağına gətirdi. Patriarx bizə yaxınlaşanda ilk olaraq soruşdu: «Sizdən hansınız Amin Şadıyejdir?». Məni göstərdilər, o isə məni qucaqlayıb ağladı. Dedi ki, uşaqlıqdan ölməmişdən əvvəl sizin ailənizdən birini görmək üçün dua edirdim — və Rəbb bu gün mənim duamı eşitdi. Mən getməyə hazırlaşanda o narahat oldu. «Niyə belə tələsirsiniz? İncidiniz?» İzah etdiklm ki, narahatlıq vermək istəmirəm.

O zaman o dedi: «Amin, biz danışarkən bütün həyatım gözlərimin önündən keçdi. Mən uzun müddətdir özümü belə yaxşı hiss etməmişdim. Xahiş edirəm, hələ getməyin». Bu insan məni ilk dəfə görürdü — və şəxsi cangüdənini kənarlaşdırdı. O vaxtdan bəri biz bir yerdə olanda mühafizə bizə yaxınlaşmırdı.

2014-cü ildə öz iqamətgahında, mühafizəçilərin və bir neçə keşişin hüzurunda Patriarx uzun müddət mənə baxdı, — deyə Amin xatırlayır, — və birdən soruşdu: «Əlini kəsib bir az qan çıxara bilərsənmi? Mən də özümünkünü kəsəcəm».

Amin bunun nə üçün olduğunu soruşur. «İstəyirəm ki, səninlə qan qohumluğumuz olsun», — deyə o cavab verir. Patriarxın istinad etdiyi qan qardaşlığı adəti təkcə Gürcüstanda deyil, bütün Qafqazda, o cümlədən inquş mühitində də qədim, indi unudulmuş İslamdan əvvəlki rituallardan biri kimi tanınırdı. Hər iki ənənə üçün bu, dostluqdan daha möhkəm bir bağ yaratmaq yolu idi.

— Mən cavab verdim: «Zati-müqəddəsləri, mən sizin özünüzə xəsarət yetirmənizə icazə verə bilmərəm. Lakin əgər siz bunu həqiqətən istəyirsinizsə, mən onda sizin oğulunuz olaram»

Amin Şadıjevin Sunjada böyük ailəsi var — övladları, anası, dörd qardaşı, beş bacısı. Bütün bu illər ərzində o, mütəmadi olaraq Tbilisiyə gəlir və mütləq Patriarxa baş çəkirdi. Onun sözlərinə görə, çətin ki, kimsə II İliya ilə ondan daha tez-tez görüşərdi.

Patriarx heyrətamiz ruhlu bir insan idi. Amin xatırlayır: «Tanış olanda, düzünü desəm, onun kim olduğunu təsəvvür belə etmirdim. Sonra daha tez-tez gələrək, saatlarla söhbət edərək taleyin məni necə bir insanla qarşılaşdırdığını anlamağa başladım».

2013-cü ildə biz Sno dağ kəndindəki iqamətgahda idik. Uzun müddət danışdıq. Həmin gün orada Baş nazir İrakli Qaribaşvili də var idi — Patriarx ona ağ at hədiyyə etdi. Həmin vaxt Patriarx xahiş etdi: «Allah şahiddir, Allah xatirinə, həyatımın son dəqiqəsinə qədər məni tək qoyma». O gün biz bir-birimizə söz verdik.

Görüş illəri ərzində Amin gürcülərlə inquşların əlaqələri haqqında çox maraqlı məlumatlar eşidir. Patriarxın sözlərinə görə, Kartlinin ilk çarı Parnavazın anası inquş idi; tarixi mənbələr, onun dediyinə görə, Çariça Tamarın da ana tərəfdən inquş nəslindən olduğunu göstərir.

— Mənim doğma atam vəfat edəndə böyük bacım Molotxan qarşıma çıxıb soruşdu: «Amin, indi biz nə edəcəyik? Onsuz necə yaşayacağıq?». O zaman mən cavab verdim: «Allah bizimlədir, bizi tərk etməz». 17 mart 2026-cı ildə həmin ağrı geri döndü, — deyə həmsöhbətimiz qeyd edir. Axşam Amin evə gələndə Molotxan onu yenidən qapıda qarşıladı. Dedi: «Patriarx artıq yoxdur». Gürcüstandan, Moskvadan, Qroznıdan, Uraldan, Sibirdən — dünyanın hər yerindən inquşlar zəng edirdi. Və hamı bir söz deyirdi: «Atanızın vəfatı münasibətilə başsağlığı veririk».

— Onun son dəqiqələrində yanında ola bilmədiyim üçün çox kədərliyəm. O, özü məndən bunu xahiş etmişdi — sona qədər yanında olmağımı. Allah onun ruhuna rəhmət eləsin. Biz böyük ruhlu bir insanı itirdik — təkcə gürcülər deyil, inquşlar da, bütün dünya da. Belə insanlar yer üzündə çox deyil.

Rafael Dağlı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: