02.04.2026

1993-cü ilin 2 aprel günü

1993-cü ilin 2 aprel günü Kəlbəcər rayonu Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən işğal edildi. O gün yalnız bir rayon deyil, bir dağ vüqarı, bir el qeyrəti, bir xalqın qüruru hədəfə alındı. 511 soydaşımız şəhid oldu, 321 nəfər itkin və girov düşdü, 61 min insan öz yurdundan didərgin salındı. Tarixi-mədəni abidələr, muzeylər, min illərin yaddaşı, o cümlədən məşhur İstisu sanatoriyası xarabalığa çevrildi. Quranın xəbər verdiyi kimi: “Zülm edənlər elə sanmasınlar ki, etdikləri yanlarına qalacaq” – tarix səbir etdi, amma haqq susmadı. Kəlbəcərin işğalından dərhal sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxmasını tələb etdi. Lakin 27 il ərzində bu sənəd kağız üzərində qaldı, beynəlxalq ədalət susqunluğa büründü. Bu sükutun içində xalqın duası, şəhid anasının göz yaşı və qazinin səssiz ahı vardı. Zülm uzandıqca ədalətin doğuşu yaxınlaşar.

Nəhayət, 2020-ci ildə başlanan Vətən savaşı – 44 günlük haqq yürüşü – tariximizin taleyini dəyişdi. Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi ilə Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Kəlbəcər boşaldıldı və 25 noyabr 2020-ci ildə bir güllə atılmadan, bir şəhid verilmədən öz sahibinə qovuşdu. Bu, yalnız hərbi zəfər deyil, həm də ilahi ədalətin təcəllası idi; çünki “Haqq gəldi, batil yox oldu” hökmü dəyişməzdir. Bu tarixi zəfər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti və xalqımızın mənəvi birliyi ilə gerçəkləşdi. Kəlbəcər yenidən azan səsinə, bayraq kölgəsinə, Vətən nəfəsinə qovuşdu. Dağlar yenidən əyilməzliyimizi şahid tutdu, çaylar şəhid ruhlarının əksini daşıdı. Bu gün Kəlbəcər yalnız azad edilmiş torpaq deyil – o, səbrin zəfərə çevrildiyi dastandır; o, şəhid qanı ilə yazılmış qəhrəmanlıq salnaməsidir; o, millətin imanla yoğrulmuş dirçəlişinin rəmzidir. Allah bu Vətəni qorusun, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin, bayrağımızı daim uca etsin – Amin. Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri Kəlbəcər rayonu Ermənistanın təcavüzkar silahlı qüvvələri tərəfindən işğal edildi. O gün yalnız bir rayon deyil, bir dağ vüqarı, bir el qeyrəti, bir xalqın qüruru hədəfə alındı. 511 soydaşımız şəhid oldu, 321 nəfər itkin və girov düşdü, 61 min insan öz yurdundan didərgin salındı. Tarixi-mədəni abidələr, muzeylər, min illərin yaddaşı, o cümlədən məşhur İstisu sanatoriyası xarabalığa çevrildi. Quranın xəbər verdiyi kimi: “Zülm edənlər elə sanmasınlar ki, etdikləri yanlarına qalacaq” – tarix səbir etdi, amma haqq susmadı. Kəlbəcərin işğalından dərhal sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul edərək işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxmasını tələb etdi. Lakin 27 il ərzində bu sənəd kağız üzərində qaldı, beynəlxalq ədalət susqunluğa büründü. Bu sükutun içində xalqın duası, şəhid anasının göz yaşı və qazinin səssiz ahı vardı. Zülm uzandıqca ədalətin doğuşu yaxınlaşar.

Nəhayət, 2020-ci ildə başlanan Vətən savaşı – 44 günlük haqq yürüşü – tariximizin taleyini dəyişdi. Azərbaycan Ordusunun rəşadəti və xalqın birliyi ilə Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən Kəlbəcər boşaldıldı və 25 noyabr 2020-ci ildə bir güllə atılmadan, bir şəhid verilmədən öz sahibinə qovuşdu. Bu, yalnız hərbi zəfər deyil, həm də ilahi ədalətin təcəllası idi; çünki “Haqq gəldi, batil yox oldu” hökmü dəyişməzdir. Bu tarixi zəfər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti və xalqımızın mənəvi birliyi ilə gerçəkləşdi. Kəlbəcər yenidən azan səsinə, bayraq kölgəsinə, Vətən nəfəsinə qovuşdu. Dağlar yenidən əyilməzliyimizi şahid tutdu, çaylar şəhid ruhlarının əksini daşıdı. Bu gün Kəlbəcər yalnız azad edilmiş torpaq deyil – o, səbrin zəfərə çevrildiyi dastandır; o, şəhid qanı ilə yazılmış qəhrəmanlıq salnaməsidir; o, millətin imanla yoğrulmuş dirçəlişinin rəmzidir. Allah bu Vətəni qorusun, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin, bayrağımızı daim uca etsin – Amin.

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: