Təbrik: Əlövsət Məmmədov — 58
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Beylaqan rayon şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı, istefada olan zabit Məmmədov Əlövsət Əliş oğlunun doğum günüdür. Daimi həyatın sərt imtahanlarından alnıaçıq və üzüağ çıxan Məmmədov Əlövsət Əliş oğlunun 58 yaşı tamam olur.
Bu gözəl gün münasibəti ilə onu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB Mətbuat xidmətinin kollektivi, ailə üzvləri, döyüş dostları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzu edirlər!
Məmmədov Əlövsət Əliş oğlu 1966-cı ilin fevral ayının 17-də Azərbaycan Respublikasının Beylaqan rayonunun Yuxarı Kəmərli kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1983 ci ildə Beylaqan rayonun Yuxarlı Kəmərli kənd orta məktəbi bitrib, 1986 cı ildə Sovet Ordusunun Almaniya Federativ respublikasında yerləşən gizirlər məktəbini ( kimyacı-təlimatcı kursu üzrə) bitrib.O, Sovet Ordusunda texnik və baş texnik vəzifələrində xidmət etdiyi illər ərzində Diviziyada və hərbi hissələrdə kecirlən bir cox təlim – metodiki toplanışlarda, xüsusi – taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Əlövsət Əliş oğlu Məmmədov 1984-1990-cı illərdə Sovet Ordusunun Almaniya Federativ Respubilkasında və Moskva şəhərində yerləşən hərbi hissələrində həqiqi hərbi xidmətdə və müddətdən artıq hərbi xidmətdə texnik və baş texnik vəzifələrində (əsgər və gizir rütbəsində) olub, 1991-1996-cı illərdə isə Azərbaycan ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində müvafiq vəzifələrdə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. 1997 – 2018 ci illərdə özəl sahalərdə işləyib.Əlövsət Məmmədov 2018- 2020 -ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xocavənd və Beylaqan rayon şöbə sədrlərinin müavini vəzifəsində olub, 2020-ci ildən etibarən isə AVMVİB-nin Beylaqan rayon şöbəsinin sədri vəzifəsindədir
O, 1992 -1994 cü illərdə Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Xocavənd və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Məmmədov Əlövsət Əliş oğlu 44 günlük Vətən Müharibəsində daimi hərbi qulluqçularmızın yanında olaraq əlindən gələn göməkliyi onlardan əsirgəməyib.
O, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi nizamnamələrin, Hərbi Andın və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Nizamnaməsinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən şərəf və məsuliyyət hissi ilə gəlmişdir.
İstefada olan gizir Əlövsəd Əliş oğlu Məmmədov, Vətən savaşının müharibə veteranlarına, və şəhid aiə üzvlərinə baş cəkən və onlara maddi və mənəvi dəstək olan vətənpərvər,qayğıkeş və xeyirxah insanlardan biridir.
Əlövsət Əliş oğlu Məmmədov hərbi xidməti vəzfə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, və ictimai işlərdə xüsusi fərqləndiyinə görə, SSRİ Müdafiə Nazirinin, Azərbaycan Ordusunun Baş qərargah rəisnin,alay, birqada, diviziya və korpus komandirlərinin, bir sıra təşkilat və ictimai birllik sədirlərinin, yerli icra hakimyyəti orqanların rəhbərlərinin müvafiq əmirləri ilə “əlacı” döş və yubiley nişanları ilə təltif olunub, fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib.
- «SSRİ Silahlı Qüvvələrin yaranmasının 70 illiyi (1918-1988 il)» yubiley medalı ilə;
- «Müharibə Veteranı» medalı ilə;
- «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının (1994 — 2019) 25 illiyi” yubiley medalı ilə;
- Silahlı Qüvvələrin yaranmasının ( 1918-2018) 100 illiyi” yubiley medalı ilə;
- «Böyük Zəfər” medali ilə.
Doğum gününüz mübarək!
AVMVİB Mətbuat xidməti