02.06.2026

Təbrik: Rasət Tağıyev — 52

Bu gün silahdaşımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyevin ad günüdür.

Tağıyev Rasət Ələkbər oğlu 1974 -cü ilin may ayının 3-də İmişli rayonun Yalavac kəndində ziyalı ailəsində anadan olub. 1992- ci ildə İmişli rayon Yalavac kənd I.Səfərov adına tam orta məktəbi, 1998 -ci ildə isə Bakı Dəmir yolu texnikomunu bitirib. 1992- 1996-cı illərdə Azərbaycan Ordusunun Ağdam, Ağdərə və Füzuli rayonları ərazisində yerləşən hərbi hisələrində müddətli həqiqi hərbi xidmətə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib,1994 -cü ilin sentyabr ayının 9- da isə döyüş əməliyyatlarında yaralanıb.

Bu əlamətdar gün munasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fedai.az və Veteran.az kollektivi, səbəbkarın ailəsi, iş və döyüşçü yoldaşları səmimi-qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edir!

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: