100 yaşlı Rahilə nənə – Allah rəhmət eləsin
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsində, ümumi şöbənin üzvü Mənəfov Məmmədəli Bəybala oğlunun anası və AVMVİB-nin Neftçala rayon şöbəsin İçtimai əlaqələr üzrə Ekspert Təşkilatının psixoloqu Mənəfov Rahim Məmmədəli oğlunun 100 yaşlı nənəsinin vəfatı bizi dərindən kədərləndirdi. Mənəfova Rahilə Əbilxeyir qızı, 1926-cı ildə Neftçala rayonu Bankə qəsəbəsində bir balıqçı aləsində dünyaya göz açmışdır. O, 2 aprel 2026-cı ildə doğulduğu Neftçala rayonunda haqq dünyasına qovuşdu. Rəhmətlik Rahilə nənə, ömrünü ailəsinə, vətəninə və insanlığa həsr etmiş, yaşadığı yüz illik zaman kəsiyində qəhrəmanlıq və səbir dastanları yazmışdır. Quran ayələrində buyurulduğu kimi: “Hər kim yaxşı iş görsə, özü üçün edər; hər kim pis iş görsə, özü üçün edər. Sonra siz Öz Rəbbinizə qaytarılacaqsınız.” (Sura 41:46) Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsinin üzvləri, eləcə də öz adımdan, mərhuməyə Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir, iradə və ruhi qüvvət arzulayırıq. Ömrünün bir əsri ilə vətənə, insanlığa və ailəsinə nümunə olan Rahilə nənə, indi əbədiyyət məkanına qovuşmuş, bizlərə isə onun xatirəsi və irsi əzəmətini yaşatmaq borcu qalmışdır.
Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri