17.05.2026

Naxçıvanda “18 May Sədərək şəhidləri”nin xatirəsinə həsr olunmuş tədbir keçirilib

17 may 2026-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası təşkilatının təşəbbüsü ilə “18 May Sədərək şəhidləri”nin əziz xatirəsinə həsr olunmuş III ümumrespublika tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı açıb. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandan müavini, polkovnik Naib Cəfərov, Ali Məclisin deputatları Ramil Nəbiyev və Pərvin Nəcəfsoy, şəhid ailəsi nümayəndəsi Süsən Seyidova, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu Asip Kaya və digər qonaqlar çıxış edərək şəhidlərin qəhrəmanlıq yolundan bəhs edib, onların xatirəsinin daim yaşayacağını vurğulayıblar.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-05-17-at-15-25-45

Whats-App-Image-2026-05-17-at-15-25-46

Whats-App-Image-2026-05-17-at-15-25-46-(1)

Whats-App-Image-2026-05-17-at-15-25-46-(2)

Whats-App-Image-2026-05-17-at-15-25-47-(1)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: