17.10.2025

AVMVİB rəhbərliyi Anım Günü ilə əlaqədar şəhidlərimizi ziyarət etdi

27 sentyabr — Anım Günü ilə əlaqədar olaraq bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, eləcə də Bakı və Bakıətrafı rayon şöbələrinin sədrləri və üzvləri Şəhidlər xiyabanı və Hərbi Memorial Məzarlığını ziyarət ediblər. Onlar Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları önünə tər gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur günü kimi qalacaq:
“Bu tarixdə biz Vətənimizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızı yad edirik. Onlar öz qanları ilə xalqımızın şərəf və ləyaqətini qorudular, torpaqlarımızın azadlığı uğrunda misilsiz igidlik göstərdilər. Biz onların ruhu qarşısında daim baş əyirik və borcumuz onların xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Bu gün bizim təşkilat Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yanında olan sadiq əsgərləridir.»

AVMVİB sədrinin birinci müavini Vahid Abdurrəhmanov isə çıxışında vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlığı bu gün müstəqil Azərbaycanın güc və iradəsinin təməlində dayanır:
“Şəhidlərimizin fədakarlığı sayəsində bu gün Azərbaycan qalib ölkə kimi tarix yazır. Dövlətimiz və dövlətçiliyimiz naminə biz həmiçə yumruq kimi bir olmalıyıq və onların yolunu davam etdirməli, Vətənə sədaqət və milli birliyin qorunması naminə əlimizdən gələni etməliyik. Onların ruhuna ən böyük ehtiram – bu torpaqlara sahib çıxmaq, dövlətimizi daha da gücləndirməkdir.”

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi xalqımızın şəhidlərə olan sonsuz ehtiramını və onların qanı bahasına qazanılmış Zəfərin əbədi dəyərini bir daha nümayiş etdirərək, bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyir və diqqətə çatdırır ki, 27 sentyabr — Anım Günü xalqımızın yaddaşında qəhrəmanlıq, mübarizlik və vətənpərvərlik rəmzi kimi daim yaşayacaq.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-27-at-22-27-23

Whats-App-Image-2025-09-27-at-22-27-26

Whats-App-Image-2025-09-27-at-22-27-23-1

Whats-App-Image-2025-09-27-at-22-27-24-1

Whats-App-Image-2025-09-27-at-22-27-24-2

Whats-App-Image-2025-09-27-at-22-27-25

Whats-App-Image-2025-09-27-at-22-27-25-1

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: