17.10.2025

Ağayev Vahid Məcnun oğlunun anım günü keçirildi

Maştağada şəhidimiz Ağayev Vahid Məcnun oğlunun anım günü münasibətilə mərasim təşkil olundu. Tədbirdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsi veteranları, şəhid anaları və ziyalılar iştirak etdilər.

İştirakçılar şəhidimizin məzarını ziyarət edərək gül dəstələri düzdülər, ruhuna dualar oxundu. Kərbəlayi Ağahüseyn Qurani-Kərimdən ayələr və surələr oxuyaraq şəhidimizin ruhuna ithaf etdi.

Mərasimdə AVMVİB Maştağa özəyinin sədri Mustafayev Mustafa təşkilat adından çıxış edərək şəhidin qəhrəmanlığından və vətənə olan xidmətlərindən danışdı.

Eyni zamanda tədbirdə Oktay Əliyev, Allahverdi Maratov, Eyvazov Zöhrab, baş leytenant Musayev Ağahüseyn, Suraxanı rayon hərbi eksperti Bəxtiyar Baba iştirak edərək şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.

Qeyd olundu ki, Maştağa veteranları hər zaman belə tədbirlərdə fəal iştirak edir və şəhidlərin müqəddəs xatirəsini uca tutmağı özünə borc bilir.

Xüsusilə vurğulandı ki, şəhidimizin valideynləri — anası və atası ötən il dəm qazından vəfat etmişlər. Onların da ruhuna dualar oxundu.

Allah bütün şəhidlərimizə və onların valideynlərinə rəhmət eləsin!

Whats-App-Image-2025-09-14-at-15-37-09

Whats-App-Image-2025-09-14-at-15-37-10

Whats-App-Image-2025-09-14-at-15-37-10-1

Whats-App-Image-2025-09-14-at-15-37-10-2

Whats-App-Image-2025-09-14-at-15-37-10-3

Whats-App-Image-2025-09-14-at-15-37-10-4

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: