17.10.2025

Naxçıvanda Vətən Müharibəsi Veteranları Naxçıvan Ali Məclisinin sədrinin birinci müavini ilə görüşdü

11 sentyabr 2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublika (MR) təşkilatının nümayəndələri Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini cənab Bəxtiyar Məmmədovu ziyarət ediblər. Səmimi şəraitdə keçən görüşdə təşkilat nümayəndələri Vətən müharibəsi veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə Ali Məclis rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Görüş zamanı cənab Bəxtiyar Məmmədov dövlətin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi sosial dəstək tədbirlərindən bəhs edib, onların problemlərinin həlli istiqamətində atılan addımlar barədə məlumat verib. O, Vətən müharibəsi iştirakçılarının cəmiyyətdə xüsusi hörmətə layiq olduğunu, onların qəhrəmanlığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Təşkilat nümayəndələri görüşün sonunda cənab Bəxtiyar Məmmədova Vətən müharibəsi veteranları adından təşəkkürnamə təqdim ediblər. Bu təşəkkürnamə Naxçıvanda veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüş qarşılıqlı xoş arzularla yekunlaşıb və gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: