Naxçıvanda gənclərlə vətənpərvərlik mövzusunda görüş keçirilib

02 sentyabr 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Naxçıvan MR təşkilatının mərkəzi ofisində gənclərlə görüş keçirilmişdir.
Tədbirdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik və milli dəyərlərə bağlılığının gücləndirilməsi mövzusu müzakirə olunmuşdur. Görüşdə çıxış edən AVMVİB Naxçıvan MR təşkilatının sədri Rövşən İsmayılxanlı gənclərin ölkəmizin gələcəyində rolundan, Vətən müharibəsi qazilərinin və şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, iştirakçıları daim milli ruhda möhkəm olmağa çağırmışdır.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, gənclərin sualları cavablandırılmışdır.
